Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan mülki şəxslərə və dini məkanlara hücum etmir.

30 oktyabr 2020 | 16:00

Bu günlər tarixin çox ağrılı‚ faciəli və eyni zamanda qürurverici günlərini eyni anda yaşayan‚bir yumruq kimi birləşərək 30 ilə yaxın müddətdə ürəklərdə qaysaqlanmış yaraya çevrilən Qarabağ həsrətinə qovuşduqca ‚ Şəhidlik zirvəsinə  qalxan əzizlərinin ağrısı ilə qəlbi parçalanan Azərbaycan adlı bir böyük ailənin  fərdləriyik hər birimiz. Bu gün bu ailənin üzvləri bir yerə yığıldıqca, qüdrətli, yenilməz, əzmli olduqlarını bir daha təsdiqlədilər.
Mədəniyyətimizin beşiyi olan Qarabağ bu gün Azərbaycançılıq ideyasının simvoluna çevrilib. Çünki bu gün hər birimiz Qarabağlıyıq. Heç kəsin ayrı rayonu, kəndi, şəhəri yoxdur, hər bir vətən övladı məhz Qarabağlıdır. Bizə Azərbaycançılıq ideyasını miras qoyan ümummilli liderimizin layiqli davamçısı Ali baş komandanımız bizləri bu böyük amal yolunda birləşdirdi. Türk dünyasının görkəmli şəxsiyyəti Receb Tayyib Erdoğanın sözləri ilə desək “Milləti ordu olan ölkə” yaratdı.
Qarabağ müharibəsi tariximizdə silinməz izlər buraxacaq Vətən müharibəsidir. Azərbaycanın  Qəhrəman Ordusu  döyüş meydanında tarixi ədaləti bərpa edir, işğal edilmiş torpaqlarımızı azad edir. Bu gün Azərbaycan ona mənəvi dəstək olan qardaş Türkiyənin siyasi dəstəyi ilə həm torpaqlarının azad edilməsi üçün döyüş meydanlarında, həm də Qarabağı dünyaya “Qədim erməni torpağı” kimi çatdıran saxta düşmən təbliğatına qarşı əzmlə mübarizə aparır.
   İki yüz ilə yaxın bir müddət ərzində Azərbaycan torpaqlarına ruslar tərəfindən gətirilərək yerləşdirilən bu mənfur qonşuların yalan,riyakarlıq dolu saxta tarixini ifşa etmək üçün əzmlə çalışan hər bir vətən övladı  tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırır. Azərbaycan prezidenti İlham Əliyev Münhen təhlükəsizlik konfrasında Soçidə Valday Beynalxalq Diskusiya klubunda, Aşqabatda, Vyanada, Astanada diskussiya və çıxışlarında Qarabağla bağlı həqiqətləri səsləndirməsi dünya ictimai rəyinin lehimizə dəyişməsinə mühüm töhfə verib. O göstərmişdir ki,hələ sovet dövründə bu mənfur niyyətlərinin həyata keçirmək istəklərinə sovet rəhbərliyində olan Heydər Əliyev amili mane olmuşdur.Onun  buradan uzaqlaşmasında iki həftə sonra ermənilər Dağlıq Qarabağı ermənistana birləşdirmək haqqında iddia qaldırmışdılar.Dağlıq Qarabağda qanunsuz xüsusi idarə etmə komitəsi faktiki olaraq bu ərazinin Azərbaycandan qoparılması üçün şərait yaradıldı.Azərbaycanın o dövrdəki Moskvanın sözü ilə hərəkət edən rəhbərliyin  acizliyi Qarabağın işğalına zəmin yaratdı.
   Bu gün Azərbaycan xalqı bu ədalətsizliyə son qoymaq üçün qəhrəmanlıqla bütün cəbhələrdə mübarizə aparır.Ali baş komandanımızın çağırışı ilə xalqımız bir yumruq kimi birləşərək həm yenidən həyasızcasına yeni torpaqlar işğal etmək istəyən  mənfur düşmənin arzularını gözündə qoyur,həmdə otuz ilə yaxın müddət ərzində nəticəsi olmayan danışıqlarda Azərbaycanın  dırnaq arası reallıqlarla barışmağa sürükləyən ATƏT-nin Minsk Qrupunun bacarmadığı işin birinci mərhələsini bir ay ərzində həll edə bildiyini göstərir.Azərbaycan xalqı ,onun qəhrəman Ordusu BMT təhlükəsizlik şurasının qətnaməsini tək başına həll edir. Azərbaycan xalqı BMT qətnaməsini tək başına döyüş meydanında həll etməyə başladıqda  vəzifələrini xatırlamaqla əl –ayağa düşüblər.Döyüş meydanında biabırçı məğlubiyyətləri ilə məhv olmaq təhlükəsi altında olan ermənistanı xilas etmək üçün tərəfləri atəşkəsə çağırırlar.Dırnaq arası sülh tərəfdarları işğala məruz qalan dövlətlə işğalçını eyni tutaraq iki üzlü siyasət yeridir,  düşməni silahlandırmağa çalışırlar.Onları məyus edəndə istəklərinin əksinə olardıq, müzəffər Ordumuzun bütün dünyanın heyrətləndirən  XXI əsr döyüş üsulları texnikası ilə qətiyyətli irəliləyişdir.
Bir ay müddətinə qəhrəman Azərbaycan Ordusu dörd şəhərimizi, iki qəsəbəni yüz yetmiş beşdən çox yaşayış məskənini, starteji yüksəklikləri işğaldan azad edərək düşmənin döyüş texnikalarını, canlı qüvvələrini darmadağın etmişdir. Ordumuzun qarşısında diz çökdürülən düşmən bu məğlubiyyətlərinin acısını acizliklə dinc insanlardan qadınlardan, qocalardan, uşaqlardan çıxır. Hərbi cinayətə əl atan insan hüquqları ilə bağlı konversiyalara məhəl qoymayan bu cinayətlərə böyük dövlətlər tərəfindən göz yumulduqca daha da azğınlaşır. Xocalı soyqırımını törədən bu canilər eyni zamanda əməllərini Gəncədə, Tərtərdə, Bərdədə davam etdirirlər. Tərəfsiz olmalı olan Minsk qrupu həmsədrləri dinc insanların qətlə yetirilməsini, dağıdılmasını görmək istəmir. Şuşa kilsəsinin divarından hansı səbəbdənsə qopan kiçik bir parçanı dünyaya car çəkənlər Gəncəni , Tərtəri, Bərdəni görmürlər. Bu böhtanların qarşısını almaqla informasiya cəbhəsində, diplomatiya cəbhəsində əsgər kimi vuruşan Ali Baş Komandanımızın dünyanın ən nüfuzlu informasiya kanallarının provakasiya xarakterli suallarını layiqincə cavablayaraq, tarixi faktlarla onları susdurur. Üç dəfə  humanitar atəşkəs elan edilməsinə baxmayaraq hər dəfəsində ermənistan tərəfindən atəşkəsin pozulmasında Gəncədə insanlar yatarkən daha çox tələfat vermək məqsədi ilə atılan ballistik raketlər,insan tələfatı dırnaq arası sülh sevər dünya birliyi ölkələrindən qınaq görmədiyindən azğınlaşmış düşmən üçüncü dəfə atəşkəs elan ediləndə Bərdəyə,Tərtərə yenidən raket atır,günlük həyatı ilə məşğul olan dinc əhalini hədəf alır.
   Bütün dünyaya öz məğrur xalqının güclü ordusunu tanıdan həmvətənlərimiz bütün ölkələrdə eşitməyən qulaqlara,kor olan gözlərə, həqiqəti danışmayan  dillərə səslənərək xalqımızın haqq işini çatdırırlar. Ağrılı günlərimizdə bizə dəstək olan qardaş Türkiyə dövləti mətbuatı bizimlə bərabər həqiqətləri dünyaya bəyan edir, qatilləri lənətləyir. Azərbaycan xalqı şəhid olan övladlarının müqəddəs ruhu qarşısında baş əyərək onların qisasını döyüş meydanında layiqincə alır.
Düşmən əsgərinin vahimə içində dedikləri bu sözlər bunun sübutudur. Əsgərlərin birini vura biləndə o biriləri qorxudan daha sürətlə qaçaraq  gəlir, onu vuranda  o biriləri daha sürətlə gəlir, elə bil robotdurlar qorxmurlar.
Vətən müharibəsində düşməni lərzəyə salan belə qəhrəman oğullarımızın sayəsində torpaqlarımızın işğaldan azad olunacağı günün yaxında olmasına  bütün qəlbimizlə inanırıq. Ali Baş Komandanımızın dediyi kimi: “həm döyüş meydanında,həm siyasi müstəvidə özümüzü dünyaya təsdiq etmişik.
  Azərbaycan xalqını qürurlu, cəsarətli, yenilməz xalq kimi təsdiqləmişik. Bizim işimiz haqq işidir.Biz qalib gələcəyik.Torpaqlarımızı nəyin bahasına olursa olsun qaytaracayıq”.
  Qarabağ bizimdir,Qarabağ Azərbaycandır.


Güllü Rzayeva
9 nömrəli tam orta məktəbin direktoru

Keçidlər