Şriftin ölçüsü :

Saytın rəngi :

Cənab Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir.

30 oktyabr 2020 | 16:00

Cənab Ali Baş Komandan İlham Əliyevin qətiyyət, iradə, əzm, milli ruh və yüksək idarəçilik dəyərləri və rəhbərliyi, xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə Azərbaycan Ordusu tarixinin ən şanlı və şərəfli qələbəsini qazanmaqdadır.
     Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan istifadə edərək dinc sakinlərimizi,eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdu.Milli Ordumuz sahib olduğu qətiyyət sayəsində düşmənin döyüş aktivliyinin qarşısı alınmışdı.Azərbaycanın dünya miqyasında 50 ən güclü orduya sahib olması bizi çox qürurlandırır və yalnız qələbə ümidlərini yaşadır.Hər bir Azərbaycan vətəndaşı artıq əmindir ki, hazırki mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası Cənab Ali Baş Komandanın güclü siyasəti və iradəsi,ordumuzun əzmi və qətiyyəti, xalqımızın həmrəyliyi sayəsində mümkündür.Müharibə şəraitində belə sahib olduğu humanizm dəyərlərinə sadiq qalaraq  mülki insanlara,tatixi dini abidələrə,sosial-ictimai obyektlərin təhlükəsizliyinə xüsusi həssaslıq və diqqətlə yanaşan Cənab Ali Baş Komandanımızla hər birimiz qürur duyuruq.
   Dövlətimizin başçısı İlham Əliyevin Yaponiyanın “Nikkei”, Fransanın “Figaro” qəzetlərinə, ABŞ-ın “Fox News” televiziya kanalına müsahibələrində münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən dövlətlərin neytrallığı qorumamasına diqqəti yönəldərək bildirib ki, əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır. Əgər o, neytral deyilsə, vasitəçi ola bilməz. Cənab İlham Əliyev Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandanı kimi həm hərb meydanında öz sözünü deyir, həm də siyasi lider kimi informasiya meydanında ölkəmizin mövqeyini ustalıqla izah və müdafiə edir, haqq səsimizi bütün dünyaya çatdırır.
   Vətən Müharibəsi Azərbaycan Ordusunun uğurları və şücaəti ilə davam edir.Hər gün cəbhədən aldığımız sevindirici xəbərlərlə,beynəlxalq təşkilat rəhbərlərinə verdiyi səlis və qətiyyətli müsahibələri ilə ölkə Prezidenti Ali Baş Komandan İlham Əliyev işğalçı Ermənistanı siyasi diplomatik sferada da məğlubiyyətə uğradır.
  Hər dəfə olduğu kimi, bu dəfə də mənfur qonşumuz işğalçı erməni qüvvələri birinci olaraq təxribata başladılar və mülki əhaliyə qarşı törədilən cinayətlər bir daha onu göstərdi ki,Ermənistan əks terrorist dövlətdir.Çirkin əməlləri törədəndən və Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmiş,yardım istəmişdir.Ali Baş Komandan İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti nəticəsində beynəlxalq birliklərə və onların rəhbərlərinə məsələ ilə bağlı dolğun məlumat verilməmişdir.
  Mən bir tarix müəllimi kimi qürur duyuram ki,gələcək nəsillərə işğal tarixləri deyil,artıq şanlı qələbə tarixini öyrədəcəyəm, bəli bu qələbələrin memarı xalqımız və onun inamlı və qətiyyətli sərkərdəsi Prezident İlham Əliyevdir.

Əminə Əliyeva,
Şirvan şəhər 2 nömrəli tam orta məktəbin direktoru

Keçidlər