Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində ictimai-iaşə və ticarət obyektlərində reydlər davam edir.

30 oktyabr 2020 | 16:00

Ümumdünya Səhiyyə Təşkilatının koronavirus  infeksiyasına (COVİD-19) qarşı mübarizəyə yönəlik tövsiyələrinə uyğun olaraq Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qəbul etdiyi qərar və tələblər Şirvan şəhərində də ardıcıl yerinə yetirilir.
    Ölkə üzrə koronavirus infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar Şirvan şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Operativ Qərargahın üzvləri, mobil təbliğat qrupları koronavirus infeksiyası əleyhinə maarifləndirmə xarakterli reydləri davam etdirir.
    Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması ilə tanış olmaq məqsədi ilə 29 oktyabr tarixində şəhər ərazisində fəaliyyət göstərən xidmət obyektlərində və ictimai nəqliyyatda reydlər keçirilib, əhalinin sıx şəkildə toplaşdığı yerlərdə maarifləndirici təbliğat işləri aparılıb. Keçirilən reydlər zamanı ümumilikdə 164 olmaqla, 26 ictimai iaşə, 112 ticarət, 14 bərəbərxana və gözəllik salonu, 12 digər xidmət obyektlərinə nəzarət edilib. Sözügedən məkanlarda xüsusi karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edildiyi ilə maraqlanılıb, satıcı və alıcılarla, habelə sahibkarlarla profilaktik söhbətlər, izahetmə-xəbərdarlıq işləri aparılıb. Reyd zamanı ictimai nəqliyyat vasitələrinin sürücüləri və sərnişinlərlə də müvafiq söhbətlər edilib. Onlara gigiyenik vasitələrdən və tibbi maskalardan istifadənin, sosial məsafənin gözlənilməsinin zəruriliyi, qaydalara riayət olunmasının vacibliyi bir daha xatırladılıb. Reydlər zamanı çay evlərinin fəaliyyətini dayandırmasına nəzarət edilib. Obyekt sahiblərinə və vətəndaşlara izah olunub ki, ölkəmizin iki cəbhədə-həm torpaqlarımızın düşməndən azad olunması uğrunda, həm də artmaqda olan COVİD-19 infeksiyası ilə mübarizə apardığı bir vaxtda qaydalara əməl etməli, virusa qalib gəlməklə Ordumuza dəstək nümayiş etdirməliyik.
    Qeyd edək ki, Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 dekabr saat 06:00-dək uzadılmışdır.

Keçidlər