Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşadətli Orumuzun gücü ilə Dağlıq Qarabağa həyat qayıdacaqdır.

31 oktyabr 2020 | 16:00

Artıq bir aydır davam edən Azərbaycanın haqq mübarizəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev əsl diplomat və əsl sərkərdə kimi dünyanın və beynəlxalq mətbuat orqanlarının diqqət mətkəzindədr.  Bu 1 ay ərzində dünyanın otuza yaxın media nümayəndəsinə müsahibə verən Ali Baş Komandan  növbəti müsahibəsini 29 oktyabr 2020-ci il tarixdə Rusiyanın “İnterfaks” agentliyinə verib.  Jurnalistin suallarını cavablandıran Ali Baş komandan Müzəffər Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətlərdən, işğaldan azad olunmuş ərazilərimizdən söz açaraq bildirdi ki, döyüş meydanında Azərbaycan Ordusunun şərtsiz üstünlüyü mövcuddur. İşğal edilmiş ərazilərin xeyli hissəsi bir ay ərzində azad olundu. Azərbaycan Ordusu dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilir. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır. Təbii ki, Ali Baş Komandanın dediyi kimi bugün Azərbaycan ordusu həqiqətən tarix yazır və düşmənlərə yerini göstərməyi bacarır. Azərbaycan təkcə Cənubi Qafqazda yox, postsovet məkanında da ən güclü, hazırlıqlı, qarşıya qoyulan tapşırığı müvəffəqiyyətlə yerinə yetirməyə qadir olan orduya malik ölkələrdən biridir. Araşdırmalar da təsdiq edir ki, Silahlı Qüvvələrimizin döyüş hazırlığı, maddi-texniki təminatı çox yüksəkdir. Regionun ən güclü ordusuna malik ölkə kimi də xarakterizə olunan Azərbaycan Silahlı Qüvvələrini gündən-günə daha da modernləşdirməkdə, onu istər şəxsi heyət, istərsə də hərbi texnika və digər maddi resurslar baxımından yüksək səviyyədə təchiz etməkdədir. Mənəvi-psixoloji hazırlıq cəhətdən də yüksək səviyyədə olan Azərbaycan Ordusu işğal edilmiş əraziləri qısa zaman ərzində tam azad etmək gücündədir və bu, beynəlxalq dairələrdə, o cümlədən işğalçı Ermənistanın özündə də açıq etiraf olunmaqdadır. Ermənistan hökumətinin siyasəti artıq ifşa olunub. Azərbaycan Ordusu onları yerinə otuzdurmağı bacarıb. Buna baxmayaraq Erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürdüyü andan etibarən Azərbaycan döyüşləri dayandırmağa hazırdır. Döyüşlərin dayanmağında yalnız 1 şərt ola bilər. Erməni ordusu ən qısa zamanda torpaqlarımızı tərk etməlidir. Yalnız bu halda atəşkəs elan oluna və müharibə dayandırıla bilər. Artıq Ermənistanın hər hansı atəşkəs rejiminə əməl etməsi inandırıcı görünmür. Çünki Rusiya və ABŞ-ın təşəbbüsü ilə 3 dəfə elan olunan humanitar atəşkəs rejimi məhz ermənilər tərəfindən pozulub. Atəşkəs rejimini artıq üç dəfə kobud şəkildə pozan Ermənistan siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirir. Atəşkəsi üç dəfə pozan rəsmi İrəvan öz təxribatlarını dayanmadan davam edir. Erməni hərbçilərin hədəfi mülki əhalidir. Qeyd olunan amil sadəcə təxribat deyil, hərbi cinayətdir. Kasetli raketlərlə mülki əhalinin bombalanması terror aktıdır. Dinc şəhərlərə kasetli raketlərlə və döyüş sursatları ilə hücumlar hərbi cinayətdir. Ermənilərin atəşləri nəticəsində 69 dinc vətəndaş həlak olub, 300-dən çox adam yaralanıb. Bu hadisələr Ermənistan hökumətinin faşist ideologiyasının təzahürüdür. Belə terror aktlarını törədən ermənilər tarix boyu başqa ölkələrin arxasında gizlənməyi özünə hədəf seçib. Cənab Prezidentin “İnterfaks” agentliyinə verdiyi müsahibədə toxunduğu məqamlardan biri də məhz Ermənistanın tarix boyu hansısa dövlətin arxasına sığınmağı özünə siyasi yol seçməsi idi. Rəsmi İrəvan bütün dövrlərdə başqa ölkələrin arxasında gizlənməyə nail olub. Onların problemlərini başqa ölkələr həll edir. Müasir erməni dövlətinin ideologiyası da, əslində, bundan ibarətdir. Bu ideologiyanın çox dərin tarixi kökləri var. Ermənistan tarixən regionumuzda olan münaqişələrin səbəbkarıdır. Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, Ermənistanın yarıtmaz siyasəti ucbatından neçə müharibə baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik. Münaqişə yaradıb sonra da kolluğa qaçaraq və kimlərinsə arxasında gizlənərək başqa xalqların qanının axıdılmasının və qarşıdurmanın bəhrələrini görürdülər. Ermənistan Qafqazın bədənində yad cisim kimi qalmamalıdır. Bu sözlərlə cənab Prezident əslində erməni xalqının əsl simasına dünya ictimaiyyətinin  diqqətinə çatdırdı. O zamanda elə xislətin nəticəsi idi ki, yenicə müstəqillik qazanmış, hələ sütunları bərkiməmiş Azərbaycana qarşı hücuma keçən Ermənistan və onun havadarları Azərbaycanın ən gözəl guşələrini işğal etdilər.  İşğaldan keçən 30 ilə yaxın bir müddətdə Azərbaycanın münaqişəni sülh yolu ilə həll etməyə çalışdı. Lakin bu baş vermədi və qarşıda yalnız bir yol qaldı-Müharibə. Bu gün Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bir çox ərazilərimizi işğaldan azad edib və bu davam edir. Rəşadətli Orumuzun gücü ilə Dağlıq Qarabağa həyat qayıdacaqdır. Azərbaycan xalqı öz doğma torpaqlarına, azərbaycanlılar əvvəl yaşadıqları bütün işğal olunmuş ərazilərə qayıtmalıdırlar. Azərbaycanlılar təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən işğal edilmiş yeddi rayona deyil, o cümlədən əsrlər boyu yaşadıqları ərazilərə, torpaqlara qayıtmalıdırlar.
    Azərbaycanın haqlı mübarizəsində, ərazi bütövlüyünün təmin olunmasında Beynəlxalq təşkilatlar öz töhfələrini verməlidirlər. Təbii ki, Minsk qrupu 30 ilə yaxın fəaliyyəti dövründə özünü doğrultmadı. BMT Təhlükəsizlik Şurasının qəbul etdikləri qətnamələrini reallaşdırmaq üçün kifayət qədər nüfuzu yoxdur. Həmsədr ölkələr Ermənistana qarşı siyasi təzyiq göstərməlidirlər. Həmsədr ölkələr təcavüzkarı işğal olunmuş torpaqlardan getməyə məcbur etmək üçün ona hansı sanksiyalar tətbiq edilə biləcəyi barədə ciddi fikirləşməlidirlər. Çünki münaqişənin həlli regionun sürətli inkişafına səbəb olacaqdır. Azərbaycan Şərqi Avropanın enerji təhlükəsizliyini təmin edən ölkədir. Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr özlərinin ehtiyaclarının təxminən 40-50 faizini Azərbaycan nefti hesabına təmin edirlər. Regionun inkişafı üçün müsbət əməkdaşlıq formatı yaradılıb. Bu gün Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq imkanları yaranır. Sözügedən amil tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca önəmlidir.
    Müsahibə zamanı döyüşlərin başladığı ilk gündən Azərbaycanın yanında olan qardaş Türkiyə Cumhuriyyəti ilə dostluq münasibətlərinə toxunan Prezident İlham Əliyev bildirdi ki,  Münaqişənin nizamlanmasında Türkiyənin rolu olmalıdır. Türkiyə qardaş dövlətdir. Türkiyə dünyada yeganə ölkədir ki, Cənubi Qafqazın üç ölkəsi ilə onun dövlət sərhədləri var. Hazırda Türkiyə təkcə regional problemlərlə bağlı bir sıra məsələlərdə deyil, həm də qlobal planda həlledici söz sahibidir. Türkiyə həm də tamamilə müstəqil xarici siyasət yürüdür. Bəli həqiqətən türk qardaşlığı sözün əsl mənasında hər iki dövlətə güc qüvvət verməklə bəzi antitürk dövlətlərə və millətlərə başağrısı olur. Lakin artıq yolumuz birdir-Qarabağ. Prezidentin hər zaman vurğuladığı kimi Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmayacaqdır.   Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində heç vaxt heç bir referendum olmayacaq.  Mütləqdir ki artıq ola da bilməz. Çünki rəşadətli Azərbaycan Ordusu bütün torpaqlarımızı işğaldan azad edir və hər yerdə Azərbaycan bayrağı dalğalandırılır. Artıq bütün Azərbaycan xalqı tam əmindir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün işğal altında olan torpaqlarımız azad olunacaq, Qarabağımızda Azərbaycan Ordusu silinməz bir tarix yazacaq. Yaşasın türk qardaşlığı. Yaşasın Ali Baş Komandan. Qarabağ Azərbaycandır.


Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov

Keçidlər