Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus əleyhinə reydlər davam edir.

01 noyabr 2020 | 16:00

Ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi müddətində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyyələrinin yerinə yetirilməsi, koronavirus infeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində Şirvan şəhəri ərazisində profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilməkdədir.
   Şəhər İcra Hakimiyyətinin nəzdində yaradılmış mobil qruplar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması ilə tanış olmaq məqsədi ilə şəhər ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektlərinə reydlər keçirmişdir. Gün ərzində ümumilikdə 151 olmaqla, şəhər ərazisində fəaliyyət göstərən 27 ictimai iaşə, 96 ticarət, 15 bərbərxana və gözəllik salonu, 13 digər xidmət obyektlərinə nəzarət edilib.
   Reydlər zamanı ictimai-iaşə və ticarət obyektləri sahibləri, eyni zamanda şəhər sakinləri ilə maarifləndirici söhbətlər aparılmış, ticarət obyektlərinin giriş hissələrində dezinfeksiyaedici maddələr olan xüsusi qabların yerləşdirilməsi, insanlar arasında sosial məsafənin gözlənilməsi, xidmətlərdən yararlanan şəhər sakinlərinin və satıcıların birmənalı şəkildə fərdi qoruyucu vasitələrdən(maska) istifadə etmələri barədə lazımi tövsiyyələr verilmişdir.
Xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara riayət eməyənlər barəsində inzibati qaydada tədbirlərin görüləcəyi ictimai-iaşə və ticarət obyektləri sahiblərinin nəzərinə çatdırılmışdır.
  Şirvan şəhəri ərazisində sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və profilaktik tədbirlərin görülməsi davam etdiriləcəkdir.

Keçidlər