Şriftin ölçüsü :

Saytın rəngi :

COVİD-19 virusuna qarşı mübarizə tədbirləri gücləndirilib.

02 noyabr 2020 | 16:00

Koronavirus (COVİD-19) infeksiyasına yoluxanların sayının kəskin artması, ölkə ərazisində sanitar-epidemioloji vəziyyətə ciddi nəzarət bu sahədə aparılan profilaktik tədbirləri daha da gücləndirmişdir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Qərarında dəyişikliyə əsasən bəzi rayonlarla yanaşı, Şirvan şəhərində də 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılmışdır.                        
   Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizə tədbirləri çərçivəsində Şirvan Şəhər İcra Hakimiyyəti yanında yaradılmış mobil qruplar xüsusi karantin rejiminin tətbiqi ilə bağlı şəhər ərazisində sakinlərin sıx toplaşdığı məkanlarda, ictimai iaşə obyektlərində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə əməl olunması vəziyyətini öyrənmək, eyni zamanda maarifləndirmə və  profilaktiki tədbirlərin görülməsi  məqsədilə mütəmadi olaraq reydlər həyata keçirirlər.
    1 noyabr tarixində keçirilən növbəti reyddə gün ərzində ümumilikdə 147 olmaqla, şəhər ərazisində fəaliyyət göstərən 31 ictimai iaşə, 89 ticarət, 11 bərbərxana və gözəllik salonu, 16 digər xidmət obyektlərinə nəzarət edilib.
    Sözügedən məkanlarda xüsusi karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edildiyi ilə maraqlanılıb, satıcı və alıcılarla, habelə sahibkarlarla profilaktik söhbətlər, izahetmə-xəbərdarlıq işləri aparılıb. Onlara gigiyenik vasitələrdən və tibbi maskalardan istifadənin, sosial məsafənin gözlənilməsinin zəruriliyi, qaydalara riayət olunmasının vacibliyi bir daha xatırladılıb. Reydlər zamanı çay evlərinin fəaliyyətini dayandırmasına nəzarət edilib. Obyekt sahiblərinə və vətəndaşlara izah olunub ki, ölkəmizin iki cəbhədə-həm torpaqlarımızın düşməndən azad olunması uğrunda, həm də artmaqda olan COVİD-19 infeksiyası ilə mübarizə apardığı bir vaxtda qaydalara əməl etməli, virusa qalib gəlməklə Ordumuza dəstək nümayiş etdirməliyik.
   Mobil qruplar tərəfindən reydlər və əhali arasında maarifləndirmə işləri müntəzəm olaraq davam etdiriləcəkdir.

Keçidlər