Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda koronavirus əleyhinə reydlər davam edir.

04 noyabr 2020 | 16:00

Koronavirus  (COVİD-19) infeksiyasının şəhər ərazisində yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər daha da gücləndirilib.
Görülən qabaqlayıcı tədbirlərə və tibbi profilaktikaya baxmayaraq təəssüflə qeyd olunmalıdır ki, dünyada koronavirus (COVİD-19) infeksiyasına yoluxanların sayı sürətlə artır. Cənab Prezident İlham Əliyevin, hörmətli Birinci-vitse prezident hörmətli Mehriban xanım Əliyevanın Azərbaycan xalqının sağlamlığının qorunması istiqamətində apardıqları məqsədyönlü və ardıcıl tədbirlər infeksiyanın kütləvi yayılmasının qarşısının alınmasına xidmət edir. Bununla yanaşı olaraq bəzi vətəndaşların biganəliyi və məsuliyyətsizliyi nəticəsində infeksiyanın yayılması təhlükəsi yaranır.
    Şirvan Şəhər İcra Hakimiyyətində təşkil edilən mobil qruplar vasitəsi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması ilə tanış olmaq məqsədilə şəhər ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində reydlər keçirilib. Gün ərzində ümumilikdə 168 olmaqla, 30 ictimai iaşə, 105 ticarət, 17 bərəbərxana və gözəllik salonu, 16 digər xidmət obyektlərinə nəzarət edilib.
Reydlər zamanı qapalı yerlərdə, ictimai nəqliyyatda, mağazalarda və iaşə obyektlərində mobil qruplar tərəfindən insanlar arasında profilaktik söhbətlər aparılaraq onlara sanitar-epidemioloji qaydalara əməl etməyin, sosial məsafənin təmin edilməsinin, eləcə tibbi maskadan istifadənin zəruriliyi barədə məlumatlar verilib.
   Reydlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, dəfələrdə edilən xəbərdarlıqlardan nəticə çıxarmayan şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar. Şirvan şəhərində karantin qaydlarına əməl olunmasını təmin etmək məqsədi ilə mobil qruplar  tərəfindən nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
    Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 dekabr saat 06:00-dək uzadılıb.

Keçidlər