Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində dezinfeksiya tədbirləri davam etdirilir.

04 noyabr 2020 | 16:00

Koronavirus infeksiyasına yoluxma dinamikasının artması, payız mövsümünün gəlişi ilə ənənəvi kəskin respirator xəstəliklərin çoxalması ilə əlaqədar respublikamızın bütün bölgələrində olduğu kimi Şirvan şəhərində də sanitar-profilaktik tədbirlər intensivləşib.
    Şirvan şəhər ərazisində dezinfeksiya tədbirləri şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən tərtib edilən qrafik əsasında dairəvi sistem üzrə (bir nöqtədən başlayaraq 8 gün müddətində şəhərin dezinfeksiyası başa çatdırılır) həyata keçirilir, ayri-ayrı əraziləri əhatə etməklə gündəlik olaraq aparılır. Park və xiyabanlar, küçə və prospektlər xüsusi maşınlarla dezinfeksiyaedici məhlullarla yuyulur. Əhalinin sağlamlığının qorunması məqsədilə çoxmənzilli yaşayış binalarının giriş hissələrində, pilləkənlər  və pilləkən qəfəslərində, həyətyanı sahələrdə, nümunəvi məhəllələrdə və uşaq əyləncə qurğularında, söhbətgahlarda, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində, qeyri-yaşayış obyektlərində dezinfeksiya işləri  aparılır.
Dezinfeksiya işləri prosesinin həyata keçirilməsində fasilə yaranmaması üçün Gigiyena və Epidemiologiya Mərkəzi lazımı texnika və dərmanlarla təchiz olunur.
   Şəhər İcra Hakimiyyətinin başçısı Gigiyena və Epidemiologiya Mərkəzi və şəhər Bələdiyyəsi tərəfindən şəhər ərazisində aparılan profilaktik dezinfeksiya işləri ilə yerində tanış olaraq əlavə dezinfeksiya işlərinin görülməsi ilə bağlı lazımi tövsiyə və tapşırıqlarını verir.
   Qeyd edək ki, şəhər sakinlərinə ticarət və xidmət obyektlərində, sərnişin daşıma xidməti göstərən bütün növ avtonəqliyyat vasitələrində öz sağlamlıqları naminə müəyyən olunmuş sosial məsafənin gözlənilməsi və şəxsi dezinfeksiya-mühafizə vasitələrindən istifadə etmələri tövsiyyə olunur.

Keçidlər