Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev: “Biz əraziləri bombalarla azad etmirik, biz əraziləri döyüşçülərimizlə azad edirik”

04 noyabr 2020 | 16:00


Bu fikirləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibəsində bildirib. Dövlət başçımız deyib ki, biz əraziləri bombalarla azad etmirik, biz əraziləri, kəndləri, şəhərləri bir-birinin ardınca işğaldan azad edən və Azərbaycan bayrağını ucaldan döyüşçülərimizlə azad edirik: "Bizim hansısa konvensiyanı imzalamağımız və ya imzalamamağımız faktı bizim o silahdan istifadə etməyimiz və ya etməməyimiz anlamına gəlmir. Bizim kifayət qədər silah-sursatımız var. Bizim müasir silahlarımız var və biz onları döyüş meydanında nümayiş etdiririk. Bizim etdiklərimiz budur, biz əraziləri bombalarla azad etmirik, biz əraziləri, kəndləri, şəhərləri bir-birinin ardınca işğaldan azad edən və Azərbaycan bayrağını ucaldan döyüşçülərimizlə azad edirik. Bu, belə edilir".
    Dövlət başçımız oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində terrorçu Ermənistanın imzalanan humanitar atəşkəslə bağlı bildirib ki, bizim üç dəfə atəşkəsə razı olmağımız məsələni siyasi yolla həll etmək iradəmizi nümayiş etdirir: “Mən dəfələrlə demişəm ki, müharibənin nə qədər davam edəcəyi Ermənistandan asılıdır. Biz bu gün dayanmağa hazırıq. Bizim üç dəfə atəşkəsə razı olmağımız faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəmizi nümayiş etdirir. Lakin Ermənistan üç dəfə atəşkəsi kobud şəkildə pozub. Baxın, görün nələr baş verib. Oktyabrın 10-da humanitar atəşkəs elan olunmuşdu. Növbəti gün onlar Ermənistan ərazisindən Gəncəyə ballistik raket atdılar. Yəqin ki, siz bunun səbəb olduğu dağıntıları görmüsünüz və 10 mülki şəxs öldürülmüşdür. Onlar deyirlər ki, bunu onlar etməyiblər. Lakin bu, açıq-aydındır, çünki ballistik raketlərin buraxılışı peyk vasitəsilə müşahidə edilir. Beləliklə, Minsk qrupunun üç həmsədr ölkəsi, əlbəttə ki, bunu kimin etdiyini bilirlər. İkinci dəfə onlar eyni şeyi etdilər. Onlar atəşkəs elan olunduqdan 2 dəqiqə sonra onu pozdular. Üçüncü dəfə isə onlar dünən Tərtər şəhərinə kasetli raket atanda bunu etdilər. Dörd nəfər öldürülmüşdür, onların arasında yeddi yaşlı bir qız var”.
    Göründüyü kimi, Ermənistandan fərqli olaraq, Azərbaycanın mülki əhalini hədəfə almır. Dövlət başçımız müsahibəsində bu məsələyə də aydınlıq gətirərək deyib: “Biz şəhərlərə, mülki şəxslərə hücum etmirik, yalnız döyüş meydanında cavab veririk. Əlbəttə, biz özümüzü müdafiə etməliyik. Əgər onlar hücum edirlərsə, əgər onlar itirdikləri mövqeləri geri almaq istəyirlərsə, biz sakit dura bilmərik. Biz özümüzü müdafiə etməliyik. Biz nə qədər çox müdafiə olunuruqsa, daha çox əraziləri azad ediri. Birinci atəş açan Ermənistandır və bizim sübutlarımız var. Çünki mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar idi. Bu, bizə qarşı ardıcıl surətdə üçüncü hərbi təxribat idi. Birinci, iyul ayında törədildi. O zaman onlar Ermənistan-Azərbaycan sərhədinə hücum etdilər. Bizim mülki şəxslər və hərbi qulluqçular arasında itkilərimiz oldu. İkinci cəhd avqust ayında baş verdi. Ermənistan mülki şəxslərə hücum etmək üçün diversiya qrupu göndərdi. Üçüncü dəfə sentyabrın 27-də təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutdular. Biz cavab verdi. Erməni tərəfi Azərbaycana böyük ziyan vurmaq istəyirdi. Onlar təmas xəttindən çox uzaqda yerləşən şəhərlərə raket atmağa başladılar və bizim mülki şəxslər arasında çoxlu qurbanlarımız var. Odur ki, biz özümüzü, xalqımızı müdafiə etməli və cavab verməli idik. Bizim cavabımız sərt idi, amma onlar buna layiq idilər”.
   Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının “Twitter” hesabında dediyi kimi: «Bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz!». Çünki bu yol haqq yoludur, ədalətin bərpa olunduğu yoldur!

Bu yol Böyük Qayıdış yoludur!
Qarabağ Bizimdir!, Qarabağ Azərbaycanındır!


Rövşən Allahverdiyev,
Şirvan şəhər Təhsil Şöbəsinin müdiri

Keçidlər