Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı şəhər ərazisində aparılan abadlıq-quruculuq işləri ilə yerində tanış olub.

04 noyabr 2020 | 16:00

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun işğal altındakı torpaqlarımızı azad edərək böyük qələbələr qazanması respublikamızın hər yerində canlanma yaradıb. Ölkə başçısının abadlıq və quruculuq işlərinin günün tələbləri səviyyəsində qurulması ilə bağlı tövsiyə və tapşırıqlarına müvafiq olaraq, 2020-ci ilin keçən dövrü ərzində Şirvan şəhərində sosial-infrastruktur layihələrinin icrası uğurla davam etdirilib.
   3 noyabr 2020-ci il tarixində Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhər İcra Hakimiyyətinin məsul işçilərinin, şəhər Bələdiyyəsinin və kommunal xidmət təşkilatları rəhbərlərinin iştirakı ilə şəhərin bir sıra ünvanlarında olaraq aparılan abadlıq-quruculuq işləri ilə yerində tanış olub, müvafiq tövsiyə və tapşırıqlarını verib.
   Öncə Məhəmməd Füzuli adına Şirvan şəhər Mədəniyyət və İstirahət parkında aparılan abadlıq işləri ilə tanış olan İcra başçısı bildirib ki, regionların sosial-iqtisadi inkişafı cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Şirvan şəhərində aparılan abadlıq və quruculuq işləri vətəndaşların rahatlığının təmin olunmasına dövlət qayğısının parlaq təzahürüdür. Həyata keçirilən yenidənqurma işləri sırasında Məhəmməd Füzuli adına Şirvan şəhər parkının xüsusi layihə əsasında, yüksək keyfiyyətlə və zövqlə əsaslı şəkildə yenidən qurulması xüsusi yer tutur.  Ərazisi genişləndirilərək 10,1 hektar olan park şəhərimizin simasını gözəlləşdirməklə bahəm, şəhər sakinlərinin və qonaqların mədəni istirahətinə, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələrinə xidmət edəcəkdir. Əraziyə baxış zamanı mövcud bina və obyektlərin vahid kompazisiya təşkil etməsi ilə əlaqədar xidmət təşkilatlarının təklifləri dinlənilib və onların icrası ilə əlaqədar İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti qurumların rəhbərlərinə müvafiq göstərişlər verilib.
   Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı idarə və təşkilat rəhbərləri ilə birlikdə şəhərin Energetik 9 və l-nt İbrahimov 10 saylı binalarının qarşısında  müasir memarlıq üslubunda salınan “Abad məhəllə”də görülən işlərlə tanış olub. “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması və rahat yaşam şəraitinin yaradılması məqsədi ilə həyata keçirilən “Bizim həyət” layihəsinə uyğun olaraq salınan məhəllədə idman qurğuları meydançası betonlanıb, tamet tavalar döşənib, beton bordyurlar düzülüb, 6  ədəd söhbətgahın metal konstruksiya işləri, 18 ədəd işıq dirəyinin, uşaq əyləncə-idman qurğularının və müşahidə kameralarının, məişət tullantıları üçün qutuların quraşdırılması, məhəllə daxili yolların asfaltlanması, binaların fasad hissələrinin təmiri işləri başa çatdırılıb, yaşıllıq sahələrinə qazon ötrük düzülüb. Şəhər İcra Hakimiyyətinin başçısı dekorativ ağac və kolların əkilməsini, ərazidə olan qeyri yaşayış obyektlərinin fasad hissələrinin səliq-sahmana salınmasını tövsiyə edib və son tamamlama işləri iə bağlı göstərişlər verib.
   Şirvan şəhərində genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri ardıcıl olaraq davam etdirilir.

Keçidlər