Müharibənin dayandırılması Ermənistandan aslıdır.
02 noyabr 2020–ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev növbəti müsahibəsini, bu dəfə Almaniyanın ARD televiziya kanalına vermişdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə verilən sualların çoxusu təkrarlanır. Alman jurnalisti verdiyi ilk suallardan biri belə idi ki, Azərbaycan müharibəni niyə məhz indi sentybar ayında başlamışdır. Cənab Prezident bütün verdiyi müsahibələrində təmkinlə, məntiqlə, sualın geniş məzmununu əhatə etməklə cavablandırır. Bu sualın cavabı da istisna deyil. Cənab Prezident bir daha məlumat verdi ki, sentybar ayında hərbi əməliyyatların başlanması təsadüfi deyil. Belə ki, Ermənistan bu ilin iyul ayında birinci hərbi təxribatı, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətmişdir. Növbəti, ikinci hərbi təxribatı Ermənistan avqust ayında törətmiş, beləki, mülki əhali arasında qətillər törətmək məqsədi ilə diversiya qrupu göndərmişdir və nəhayət üçüncü hərbi təxribatı sentyabr 27-də törətmişdir. Ermənistan təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutmuşdur. Azərbaycanın bu təxribatlara cavab verməkdən başqa çıxış yolu qalmamışdır. Beləliklə, 27 sentyabr 2020-ci il tarixində Ermənistan və Azərbaycan arasında müharibə başladı.
Jurnalistin növbəti sualı atəşkəs haqqında idi. ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən – Rusiya, Fransa və ABŞ tərəfindən atəşkəsə nail olması üçün razılıq olunmuşdur. Nə üçün atəşkəsə riayyət olunmamışdır? Kim onu pozmuşdur? Cənab Prezident Ali Baş Komandan bir daha məlumat verdi ki , Azərbaycan həmişə sülh tərəfdarı olmuşdur. Belə olmasaydı, Azərbaycan 28 il səbr göstərərək sülh danışıqları aparmazdı. Atəşkəsləri hər dəfə Ermənistan tərəfi pozub. Çünki o, atəşkəs zamanı əldə olunan fasiləni güclənmək və yenidən Azəbaycana qarşı hərbi əməliyyatları davam etdirmək üçün istifadə etmişdir. Prezident bir məqamı da qeyd etdi ki , 28 il ərzində bizə deyirdilər ki, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ancaq sülh yolu ilə olmalıdır. Hərbi yolu yoxdur. Azərbaycanın 27 sentyabr tarixində Ermənistana qarşı apardığı müharibə, yəni işğal olunmuş torpaqların azad olunması bu fikri tamamilə təkzib edir. Bizim apardığımız müharibə Vətən müharibəsidir, torpaqlarımızın işğaldan azadlığı uğrunda apardığı ədalətli müharibədir. Şəhərləri bir-birinin ardınca işğaldan azad edən və milli bayrağımızı ucaldan Azərbaycan Ordusunun döyüşçüləridir.
Ermənistan işğalçı dövlətdir və Azərbaycanın ərazilərindən qeyd-şərtsiz çıxmalıdır. Biz müharibəni bugün də dayandıra bilərik. Bu Ermənistandan aslıdır”. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komdandan cənab İlham Əliyev ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunarkən qeyd etmişdir ki, həmsədrlər BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər. Halbuki, onlar Ermənistana sanksiya tətbiq etməli idi. Görünür münaqişənin dondurulmuş kimi görünməsi beynəlxalq vasitəçiləri qane edib və ötən 27 il göstərdi ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi səmərəli olmayıb və bugün görünən odur ki, Azərbaycan ədaləti bərpa edir və BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini bərpa edir. Prezident bir daha vurğuladı ki, Azərbaycan istənilən halda öz torpaqlarını azad edəcək və bizim qarşımızı heç kəs kəsə bilməz.
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etmişdir ki, bir çox beynəlxalq hüquq-müdafiə təşkilatları hadisələri ancaq Ermənistan tərəfindən işıqlandırırlar. Yalnız Azərbaycanın müraciətindən sonra bu təşkilatlar Azərbaycana gəlmişlər. Bununla yanaşı “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarının Ermənistan Silahlı Qüvvələrinin istifadəsi qadağan olunmuş kasetli raketlərlə Bərdəyə zərbələr endirdiyini təsdiqləmələri, bununla bağlı hesabat vermələri təqdir olunmalıdır. Həmin hesabatlar əsasında beynəlxalq məhkəmələrə müraciət oluna bilər. Onu da qeyd etmək lazımdır ki, bu diplomatik qələbə yalnız cənab Prezidentin sözü gedən təşkilatları israrla Azərbaycana dəvət etməsindən sonra mümkün olub. Musahibənin bir maraqlı yeri də ondan ibarət idi ki, niyə Azərbaycan Qarabağ uğrunda müharibə aparır? Orda resurslarmı yerləşir? Cənab Prezident həmişə olduğu kimi, bu dəfə də tarixdən dərs keçdi. O cavab verdi ki, Elzas və Lotaringiya sizin üçün nədirsə Dağlıq Qarabağ da bizim üçün odur. Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Onun azad olunması ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir.
“Müharibəni dayandırmağın yeganə yolu-Ermənistanın öz məğlubiyyətini qəbul etməli, bizim qələbəmizi qəbul etməli sonra ərazilərin qalan hissəsini boşaltmaq barədə öhtəlik götürməlidir”. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
G.Vəliyeva Şirvan Şəhər Tarix-Diyarşünaslıq Muzeyinin direktoru.