Şriftin ölçüsü :

Saytın rəngi :

“Bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və bu vəzifəyə şərəflə addım-addım irəliləyirik.

05 noyabr 2020 | 16:00

Erməni siyasi-hərbi rejimi mövcud münaqişəni sülh yolu ilə həll etmək əvəzinə özlərinin işğalçı mövqelərindən əl çəkməyərək sentyabr ayının 27-də səhər saat 6-00 radələrində növbəti dəfə işğal olunmuş bölgələrimizin yaxınlığında yerləşən mülki əhalini ağır artilleriya silahları ilə atəşə tutmağa başladı. Hər zaman Ermənistanın Azərbaycana qarşı təxribatları davamlı və məqsədyönlü olub. Birinci hərbi təxribat iyul ayında törədilmişdir, ikinci hərbi təxribat avqust ayında baş vermiş, Ermənistan qətllər törətmək üçün diversiya qrupu göndərmişdir. Bu, artıq 30 ilə yaxın müddət ərzində səbrlə dözən və sülh tərəfdarı olan Azərbaycanın səbr kasasını daşdırdı. Atəşi ilk açan Ermənistandır, mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar idi. Azərbaycanın üç dəfə atəşkəsə razı olması faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəsini nümayiş etdirir. Azərbaycan düşmənə yalnız döyüş meydanında cavab verir. Azərbaycan atəşin dayandırılmasına tərəfdar olsa da, Ermənistan tərəfi təmas xəttindən uzaqda yerləşən şəhərlərə raket atmaqla, mülki infrastruktura ziyan vurmaqla döyüşün davam etməsində maraqlı olub. Azərbaycan həmişə sülh planına sadiq olub, Ermənistan isə həmişə münaqişənin sülh yolu ilə həllinə qarşı olub. Danışıqlar masasında onların bütün davranışı vasitəçiləri və Azərbaycanı aldatmaq cəhdindən ibarət olub. Mənəvi dəyərlərimizin təbliğ və təşkilində Cənab Prezidentimizin apardığı siyasət gözəl nümunədir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Almaniyanın ARD televeziya kanalına müsahibəsində bir daha qeyd edib ki, Dağlıq Qarabağın azad olunması tarixi və hüquqi ədaləti bərpa etmək üçündür. Bu haqq, ədalət mübarizəsidir və ordumuz 27 il işqal altında inləyən torpaqlarımızı, viran qoyulan şəhər və kəndlərimizi, ata - baba yurdlarımızı azqın düşməndən təmizləməkdədir. Biz başqasının torpağında vuruşmuruq və başqasının torpağını almırıq. Belə olan halda, bu təcavüz adlandırıla bilməz. Azərbaycan xalqı uzun illərdir işqal olunmuş doğma torpaqlarının həsrətindədir. İnsanlar beynəlxalq təşkilatların, həmsədr dövlətlərin qərarlarına, vədlərinə hörmətlə yanaşaraq torpaqların sülh yolu ilə, ədalətlə həll olunmasına ümid etmiş, ancaq öz inamlarında yanılmışlar. BMT Təhlükəsizlik Şurası, nə də ATƏT - in Minsk qrupu münaqişənin həllinə lazimi təşəbbüs göstərməmiş, əksinə bir çox hallarda təcavüzkar Ermənistana dəstək vermişdir. Bu Ermənistanın hərbi - siyasi rəhbərlərini, qondarma “Dağlıq Qarabağ Respublikasının” quldurlarını daha da həyasızlaşdırmış, qudurtmuş və onlar yeni torpaqlar işqal etmək eşqinə düşmüşlər. Paşinyan da bildirmişdir ki, Qarabağ Ermənistandır, biz torpaqları geri qaytarmaq fikrində deyilik və bu münaqişənin diplomatik həll yolu yoxdur. İndi azad edilmiş ərazilərimizdə qurulmuş istehkam qurğuları göstərir ki, onlar bu ərazilərdən çıxmağı planlaşdırmayıblar. Azərbaycan nə qədər çox müdafiə olunursa, daha çox əraziləri azad edir. Dağlıq Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərinin toxunulmazlığına böyük dəstək ifadə edilmişdir. Azərbaycanın kifayət qədər silah-sursatı, müasir silahları, güclü ordusu var və onları döyüş meydanında nümayiş etdirir. Şəhərləri bir-birinin ardınca işğaldan azad edən və milli bayrağımızı ucaldan Azərbaycan ordusunun döyüşçüləridir. Minsk qrupu həmsədrləri Ermənistana sanksiya tətbiq etməli idi. Vaxtilə İraqa qarşı tətbiq edilmiş ciddi sanksiyalar Ermənistana tətbiq edilsəydi, işğalçı qüvvələrini geri çəkərdi. Azərbaycan ədaləti bərpa edir və BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edir. Azərbaycan istənilən halda torpaqlarını azad edəcək və buna qadirdir. Azərbaycan Prezidenti Ali Baş Komandanımızın illərdən bəri ən yüksək səviyyədə dünyaya bəyan etdiyi həqiqət belədir: Azərbaycan dövləti heç vaxt–dünən də, bu gün də öz ərazisində ikinci erməni dövləti yaradılmasına razı olmayıb və gələcəkdə də buna imkan verməyəcək. Sözdə sülhməramlı bəyanatlar verərək, əməldə qanunsuz hərbi işğalı davam etdirən və möhkəmləndirməyə çalışan Ermənistanın əsl niyyəti hamıya bəllidir. Müharibəni dayandırmağın yeganə yolu: Ermənistanın öz məğlubiyyətini qəbul etməli, bizim qələbəmizi qəbul etməli, sonra ərazilərin bir hissəsini boşaltmaq barədə öhdəlik götürməlidir. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmir və  Ermənistanla Azərbaycan arasında olan döyüşdən hər kəs uzaqda durmalıdır. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, beynəlxalq səviyyədə tanınan  ərazimizdir. Avropa ölkələrinin beynəlxalq hüquqla tanınan əraziləri onlar üçün nə qədər mühümdürsə, Dağlıq Qarabağ da Azərbaycan üçün o qədər mühümdür. Dağlıq Qarabağın azad olunması ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidi.
   Qarabağ hər zaman bizim olub, bizimdir və hər zaman da bizim olacaq! QARABAĞ AZƏRBAYCANDIR!

N.Namini,

Şirvan şəhər Mədəniyyət Mərkəzinin direktoru 

 

Keçidlər