Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə həyata keçirilən zəruri tədbirlər gücləndirilib

07 noyabr 2020 | 16:00

Şirvan şəhəri ərazisində  koronavirus (COVİD-19) epidemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması istiqamətində  genişmiqyaslı qabaqlayıcı  profilaktik tədbirlər davam etdirilir.
    Şəhər İcra Hakimiyyətində yaradılmış mobil qrupların üzvlərinin iştirakı ilə şəhərin müxtəlif əraziləri üzrə  xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinin yoxlanılması məqsədilə əhalinin sıx olduğu məkanlarda,  ictimai-iaşə, xidmət və ticarət obyektlərində  və ictimai nəqliyyatda monitorinqlər davam etdirilir.
    Monitorinqlər  zamanı  obyektlərin sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi əməl etmələri baradə müvafiq tapşırıqlar verilir, sosial məsafənin saxlanılmasının, dezinfeksiyaedicidən və tibbi maskadan istifadənin vacibliyi vətəndaşların diqqətinə çatdırılır, pozuntu hallarına yol vermiş obyekt sahibləri və ya cavabdeh şəxslər barədə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülür. Tövsiyə olunur ki, mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməklə yaxınlarını və digər şəxsləri qorumalı, koronavirusun daha geniş miqyasda yayılmasına imkan verməməlidirlər. Gün ərzində ümumilikdə 152 olmaqla, şəhər ərazisində fəaliyyət göstərən 29 ictimai iaşə, 98 ticarət, 11 bərbərxana və gözəllik salonu, 14 digər xidmət obyektlərinə nəzarət edilib.
   Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatuna  görə, son sutka ərzində ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasına 1465 yeni yoluxma faktı qeydə alınıb, 805 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 62338 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 47270 nəfər müalicə olunaraq sağalıb, 811 nəfər vəfat edib, aktiv xəstə sayı 14257 nəfərdir.

Keçidlər