Şirvan şəhərində “Azərbaycanda İstehlakçı Hüquqları Qorunur” mövzusunda konfrans keçirildi.
24.09.2014-cü il tarixdə saat 11.00-da Şirvan şəhər Mədəniyyət evində İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçıların maarifləndirilməsi tədbirləri çərçivəsində “Azərbaycanda İstehlakçı Hüquqları Qorunur” mövzusunda konfrans keçirildi. Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şöbə müdiri Kamran Umudov, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şöbə müdiri Mətin Bədəlov, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şöbə müdiri Zahid Şərifov və 250 nəfər iştirak etdi.