Cənab prezident İlham Əliyev: Şuşa işğaldan azad edildi!
Bunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində bəyan edib. Cənab prezident qeyd edib ki, Azərbaycanın zəfər yürüşü davam edir. Sentyabrın 27-dən bu günə qədər 200-dən çox şəhər, kənd, qəsəbə işğaldan azad edildi. O cümlədən Füzuli şəhəri, tamamilə darmadağın edilmiş, bir dənə də salamat bina qoymayıb mənfur düşmən. Cəbrayıl tamamilə dağıdılmış. Qubadlı, Zəngilan tamamilə dağıdılmış. Kəndlər, şəhərlər. Hadrut qəsəbəsi, Suqovuşan qəsəbəsi və bu gün Şuşa şəhəri”.
“Hələ də işğal altında torpaqlar var, hələ də döyüşlər gedir. Əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, sona qədər gedəcəyik. Heç kim bizi dayandıra bilməz. Dünyada elə qüvvə yoxdur ki, bizi dayandıra bilsin.
Ölkə başçısı bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni verməklə həyatının bəlkə də ən xoşbəxt günlərindən birini yaşadığını qeyd edib: “Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada - Şəhidlər Xiyabanında doğma xalqıma verirəm.
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir!
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.