Bayraq günündə daha bir neçə kəndimiz işğaldan azad edilib.
09 noyabr 2020 | 16:00
Dövlət başçısı “Twitter” hesabında yazıb:
“Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad etmişdir.
Eşq olsun Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!”