Şriftin ölçüsü :

Saytın rəngi :

Qələbəyə gedən yol.

12 noyabr 2020 | 16:00

30 illik təcavüz,30 illik təqib,30 illik  münaqişə başa çatdı!
    Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur.
    Bu bizim şanlı qələbəmiz,tarixi zəfərimizdir. Bu qələbə xalqımızın canı və qanı bahasına əldə olunmuş qələbədir. Bu parlaq qələbə Şuşanın işğaldan azad olduğu tarixdir. Şuşa Qarabağın tacı,mədəniyyət beşiyidir.Şuşa tarixi şəxsiyyətləri yetirib, boya-başa çatdıran diyardır.
   28 il yarım əsarətdə olan Şuşa azad olundu. Şuşa coğrafi- mövqeyi, mədəniyyəti, tarixi ilə Azərbaycan tarixində böyük iz salan diyardır. Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır.
Noyabrın 8-də Azərbaycan tarixində çox böyük dəyişim oldu. Azərbaycanda “Qarabağın döyünən ürəyi”, “Musiqi və incəsənət beşiyi” və xalqımızın bəhs etdiyi kimi “Sən tarixin özüsən,Azərbaycanın gözüsən” deyə bəhs etdiyimiz Şuşa şəhərinin işğaldan azad olunması çox böyük həvəslə və səbrlə gözlənilirdi.
   Çoxlarına görə bu tarixi şəhərin azad olunması Azərbaycan tərəfinə 40 gündən çoxdur ki, davam edən döyüşlərdə həlledici üstünlük verəcək. Bu Azərbaycanın 30 il müddətində işğaldan azad etdiyi  müharibədə qələbəsi deməkdir.
Şuşanın azad olunması Azərbaycanın mənəvi qələbəsidir. Bu qələbə cəbhədə olan və olmayan azərbaycanlıların qələbəsi deməkdir. Şuşa 1992-ci ildə işğal edilib. O vaxtdan bəri bu işğal ermənilər üçün  “böyük qələbə”, Azərbaycanlılar üçün “ən ağır itki” sayılıb. Şuşanın işğaldan azda olunduğu 28 il ərzində, qədim şəhərimizin itirildiyi may ayının 8-də heç kim şadlıq etməzdi, təntənəli tədbirlər təşkil edilməzdi, toylar keçirilməzdi. Şuşanın işğalının Azərbaycan xalqı üçün nə qədər böyük itki olduğunu bundan daha təsirli şəkildə heç nə ifadə edə bilməz. Şuşanın azad edilməsinin milli bayram kimi qeyd olunmağa tam haqqı çatır.
   Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin azad olunduğunun elan etməsi 28 il yarımdır həsrətlə bu günü gözləyən xalqımıza sonsuz sevinc və qürur  hissi yaşadır. Azərbaycan torpaqları 30 ilə yaxın bir müddətdə işğal altında qalıb, danışıqlar prosesində Ermənistan tərəfi, sadəcə olaraq vaxt qazanmağa, status–kvonu  möhkəmləndirməyə  çalışıb. Həmçinin bu illər ərzində müxtəlif güc mərkəzlərindən göndərilən siqnalllar Azərbaycanı vəziyyətlə barışmağa məcbur edib. Lakin xalqımızın qətiyyət, cəsarət, siyasi  iradə göstərərək, öz maraqlarına cavab verməyən  heç bir razılaşmaya getmədiyini vurğulanıb. Torpaqlarımızım ərazi bütövlüyünün qorunması xalqımızın əsas məqsəd və amalına çevrilmişdi.
  Bəli, illər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur və Azərbaycan xalqı təsvirəgəlməz qürur və sevinc hissləri keçirir. Bizə bu  hissləri yaşadan Ali Baş Komandanımız İlham Əliyev və Azərbaycan  torpaqlarının  hər qarışınının azad vedilməsi  uğrunda canından–qanından keçən rəşadətli əsgər və zabitlərimizdir. Dağlıq Qarabağ bir ədalət məsələsidir. Bu bir xalqın taleyi,itirilmiş keçmişinin bərpası deməkdir. İllər ərzində cənab Prezidentimiz, Dövlət Başçımız qətiyyətli siyasət yürüdüb, ölkəmizin mənafeyini hər zaman müdafiə edib. Həmrəylik, xalqın etimadı, inamı, dəstəyi sayəsində Dövlətimizin Başçısı bütün təzyiqlərə qarşı gələrək, mürəkkəb məsələlərin öhdəsindən uğurla gəldi. Prezidentin rəhbərliyi ilə bu gün Azərbaycan xalqı  özünü qürurlu, cəsarətli, yenilməz xalq kimi təsdiq etdi. Vətənimizi müdafiə edən və tarixi dədə-baba torpaqlarımızı işğaladan azad edən ərənlərimizin  hər biri öz adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdılar.
  “Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur” deyən ulu öndər Heydər Əliyevin bu arzusunu bu gün Prezident İlham Əliyev reallaşdırdı. Biz qayıdırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir.
Məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıdacaq. İşğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq.
   “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi.
   Bu tarixi gündə Azərbaycan xalqına bu müjdəni vermək Cənab prezident İlham Əliyev üçün çox önəmli bir an idi.
   Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Bu çıxış tarixlərə yazıldı. Bu çıxış xalqımızı qürurlandırdı, yenilədi, bütövləşdirdi.
   Şuşa bizimdir!Qarabağ bizimdir!Qarabağ Azərbaycandır!
   Bu münasibətlə xalqımızın hər bir nümayəndəsini təbrik edirik. Bu qələbəni bizə yaşadan Ali Baş Komandanımıza, qazilərimizə, zabit və əsgər heyətinə və xalqımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə minnətdarıq. Şəhidlərimizi böyüdüb boya-başa çatdıran, xalqının müdafiəsinə, torpağının qorunmasına hazırlayan şəhid analarının qarşısında baş əyirik. Ruhunuz şad olsun. Artıq azadıq, bütövük, bölünməzik!


N.Namini 

Şirvan şəhər Mədəniyyət Mərkəzinin direktoru

Keçidlər