Şirvanda infeksiyaya yoluxma riskinin azaldılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Şirvan Şəhər İcra Hakimiyyəti başçısı yayında yaradılmış Operativ Qərargah tərəfindən təsdiq edilmiş Tədbirlər planına uyğun olaraq koronavirus (COVİD-19) infeksiyasına yoluxma riskinin azaldılması istiqamətində zəruri tədbirlər davam etdirilir. Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə şəhər İcra Hakimiyyətində yaradılmış 35 mobil qrup üzvləri tərəfindən şəhər ərazisində və qəsəbələrdə, xüsusilə əhalinin sıx olduğu məkanlarda, eləcə də ictimai nəqliyyatda qoruyucu maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı izahetmə-xəbərdarlıq işləri, maarifləndirici söhbətlər aparılır.
17 noyabr tarixində keçirilən növbəti reyd zamanı ümumilikdə 163 olmaqla, 27 ictimai iaşə, 107 ticarət, 12 bərəbərxana və gözəllik salonu, 17 digər xidmət obyektlərinə nəzarət edilib.
Eyni zamanda, şəhər ərazisində parkların giriş hissələrinə təbliğat xarakterli plakatlar qoyulur, könüllü gənclərin iştirakı ilə əhali arasında yoluxucu infeksiya haqqında maarifləndirici bukletlər paylanılır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqları və sanitar-epidemioloji tələblərlə bağlı məlumatlar dövrü olaraq şəhər İcra Hakimiyyətinin sosial şəbəkə hesablarında və rəsmi internet saytında yayımlanır.
Əhalinin sağlamlığının qorunması məqsədi ilə şəhərin küçə və prospektləri xüsusi texnikalarının köməyi ilə dezinfeksiyaedici maddələrlə yuyulur, Gigiyena və Epidemiologiya Mərkəzinin və şəhər Bələdiyyəsinin sanitar işçiləri tərəfindən yaşayış binalarının ətrafında, giriş bloklarında, pilləkən qəfəslərində, ticarət və xidmət obyektlərində, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində dezinfeksiyaedici maddələrlə sanitar-gigiyenik işlər aparılır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatuna görə, son sutka ərzində ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasına 2075 yeni yoluxma faktı qeydə alınıb, 1139 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib. Azərbaycanda indiyədək koronavirus infeksiyasından ölənlərin sayı 1005 nəfərdir.