Şriftin ölçüsü :

Saytın rəngi :

Bir sıra güc strukturlarında həqiqi hərbi xidmətə könüllü daxil olan vətəndaşlar birbaşa zabit heyətinə keçiriləcəklər.

18 noyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan vətəndaşlar birbaşa kadr zabit heyətinə keçiriləcəklər. 
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17.11.2020-ci il tarixində imzaladığı ““Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 27 oktyabr tarixli 191-VİQD nömrəli Qanununun tətbiqi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Fərmanına əsasən, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün həqiqi hərbi xidmətin başlanğıcı sayılacaq.

Keçidlər