Şirvanda karantin qaydalarının pozulmasına qarşı reydlər davam edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 dekabr tarixli qərarı ilə koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatuna görə, son sutka ərzində ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasına 3169 yeni yoluxma faktı qeydə alınıb, 1404 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib. Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların sayı 87163 nəfər, ölənlərin sayı 1079 nəfərdir.
20 noyabr tarixində keçirilən növbəti reyddə ümumilikdə 142 olmaqla, 20 ictimai iaşə, 93 ticarət, 17 bərbərxana və gözəllik salonu, 12 digər xidmət obyektlərinə nəzarət edilib.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması ilə tanış olmaq məqsədi ilə şəhər ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində keçirilən reydlər intensivləşib. Reydlər zamanı ictimai-iaşə və ticarət obyektləri sahibləri, eyni zamanda şəhər sakinləri ilə maarifləndirici söhbətlər aparılmış, ticarət obyektlərinin giriş hissələrində dezinfeksiyaedici maddələr olan xüsusi qabların yerləşdirilməsi, insanlar arasında sosial məsafənin gözlənilməsi, xidmətlərdən yararlanan şəhər sakinlərinin və satıcıların birmənalı şəkildə fərdi qoruyucu vasitələrdən (maska) istifadə etmələri barədə lazımi tövsiyyələr verilmişdir.
Xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara riayət eməyən ictimai-iaşə və ticarət obyektlərinin sahibləri, vətəndaşlar barəsində inzibati qaydada təbirlər görülmüşdür.
Şirvan şəhəri ərazisində sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və profilaktik tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir.