Şriftin ölçüsü :

Saytın rəngi :

Xüsusi karantin rejimi ilə əlaqədar reydlər davam edir.

23 noyabr 2020 | 16:00

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qayda və məhdudiyyətlər vətəndaşları daha məsuliyyətli olmağa sövq edir.
    Artıq xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması ilə tanış olmaq məqsədi ilə Şirvan şəhər ərazisində keçirilən  reydlər intensivləşib.  Şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırıldığı üçün yalnız sözügüdən məkanlarda reydlər keçirilib. Gün ərzində 102 ticarət  obyektinə nəzarət edilib.
   Reydlər zamanı obyekt sahibləri və şəhər sakinləri ilə maarifləndirici söhbətlər aparılıb, ticarət obyektlərinin giriş hissələrində dezinfeksiyaedici maddələr olan xüsusi qabların yerləşdirilməsi, insanlar arasında sosial məsafənin gözlənilməsi, xidmətlərdən yararlanan şəhər sakinlərinin və satıcıların birmənalı şəkildə fərdi qoruyucu vasitələrdən(maska) istifadə etmələri yoxlanılıb.
   Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb.

Keçidlər