Şriftin ölçüsü :

Saytın rəngi :

Cənab Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdama səfər edib.

23 noyabr 2020 | 16:00

Bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyeva İnstagram hesabında paylaşım edib. Birinci xanım Mehriban Əliyevanın paylaşdığı videoda cənab Prezident İlham Əliyev işğaldan azad edilmiş torpaqlara keçdiklərini, istiqamətin Ağdam şəhəri olduğunu bildirib.
  "Düşmənin Ağdam şəhərinə qədər bir neçə müdafiə xətti var idi. Bütün dünya görsün ki, vəhşi düşmən nə günə qoyub bizim kəndlərimizi. Hansı vəhşilərlə biz üz-üzə idik. Hansı vəhşiləri biz məğlub etmişik. Bütün dünya bunu görməlidir. Bir dənə də salamat bina yoxdur, hamısını dağıdıblar. Evlərimizi, kəndlərimizi dağıdıb, torpaqlarımızdan istifadə ediblər. Bütün hərbi cinayətlərə görə düşmən cavab verəcək. Ağdam şəhərinə də jurnalistləri, əcnəbi jurnalistləri, diplomatik korpus nümayəndələrini dəvət edəcəyik", - deyə dövlət başçısı əlavə edib.

Keçidlər