Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhəri Rus İcmasının sədri ölkə prezidentinə minnətdarlıq ünvanlayıb.

24 noyabr 2020 | 16:00

Çox hörmətli cənab Prezident,

   İcazə verin, hərbi əməliyyatların dayandırılması və düşmənin qeyd-şərtsiz tam təslim olması barədə razılaşmanın imzalandığı barədə xəbər elan olunan gün biz – Şirvan sakinlərinin keçirdiyi sevinc və iftixar hisslərinə görə Şirvan şəhərinin rusdilli əhalisi adından Sizə və Birinci vitse-prezident Mehriban xanıma təşəkkürümüzü bildirim.
   Sizin sərt qətiyyətiniz və cəsarətli qərarlarınız sayəsində Azərbaycan buna nail oldu. Biz qalibiyyətimizə ürəkdən inanırdıq və nəhayət, o gün gəldi!
   Qələbə! Sonsuz sevinc hissi göz yaşlarına qarışmışdı.
   Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin layiqli oğlunun – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında bizim şanlı Ordumuz Qarabağın çoxdan həsrətini çəkdiyimiz torpaqlarını özümüzə qaytardı.    Qarabağ torpaqlarında dalğalanan Azərbaycan bayraqlarını bütün dünya gördü.
   Sizə və çox sevdiyimiz, hörmət bəslədiyimiz ailənizə böyük ehtiramla,

Urmantseva Lyubov İvanovna,
    Şirvan şəhəri Rus İcmasının sədri.
    Azərbaycan Respublikası, Şirvan şəhəri, Bayramlı qəsəbəsi.

Keçidlər