Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycanın həm də siyasi-diplomatik müstəvidə qələbəsidir.

27 noyabr 2020 | 16:00

Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunun 25 noyabr 2020-ci il tarixdə geri qaytarılmasını təmin etdi. İkinci Qarabağ müharibəsində hərbi-siyasi  qələbənin davamı olaraq düşmənin rayondan çıxarılması hərbi əməliyyatlar olmadan insan itkisi verilmədən boşaldılmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Məsələnin hüquqi tərəfi isə onunla izah olunmalıdır ki, Kəlbəcərin azad olunması ilə AzərbaycanBMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi. Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi.1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra 60 min Kəlbəcər sakini təxliyə edilmişdi. Həmin zaman Azərbaycanın bir sıra tarixi əraziləri ermənilərin və onların havadarlarının, eləcə də daxildə özünə yer tutan riyakarların satqınlığının qurbanı olmuşdur. Günahsız insanlarımız öz dədə-baba torpaqlarından vəhşicəsinə qovulmuş, tarixi abidələrimizə, təbiətinə böyük ziyan vurulmuşdur. Ali Baş Komandan Prezident İlham Əliyev “Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi” tarixi kəlamı bu rayonun nə qədər strateji əhəmiyyət daşımasından xəbər verir. Kəlbəcərin işğal altına düşməsi Ermənistanın sonrakı işğalçılıq siyasətinə böyük üstünlüklər vermiş, Kəlbəcər üzərindən Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradılmış, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Nəinki Kəlbəcərin, bütün işğal edilmiş rayonlarımızın təxribatların qurbanına çevrilməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Bunun elmi siyasi sübutu vardır. Cünki, Azərbaycan torpaqlarının itirilməsi hakimiyyət uğurunda qeyri-sağlam mübarizənin nəticəsi olmuşdur. 1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmış, daxili çəkişmələr üzündən xaos, siyasi böhran yaranmışdı.1992-93-cü illərdə rəhbərlikdə təmsil olunmuş adamlar, yüksək postlar tutmuş adamların heç bir siyasi və idarəçilik təcrübələri olmamışdır. Amma onların vəzifə hərisliyi, tamahı, iştahası, görməmişliyi Azərbaycan torpaqlarının itirilməsinə gətirib çıxardı. Beləliklə də, qeyri peşəkarlıq, siyasi səriştəsiz, və milli ruhdan uzaq olan hakimiyyətə həris qruplaşma nəticədə ölkəni uçurum qarşısına gətirmişdir. 1993-cü ildə xalqın tələbi ilə müdrik siyasi xadim Heydər Əliyevin hakimiyyətə gəlməsi azərbaycan xalqının taleyini xilas etdi, hətta  azərbaycan xalqı bu müdrik tarixi addımı atmasaydı Azərbaycan nəinki öz qalan torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi.
   Kəlbəcərə təcavüz erməni barbarlığının və vandalizminin təzahürüdür. Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Buradan qaçmağa məcbur olan qeyri-qanuni sakinlərin rüsvayçı hərəkətləri və barbar davranışları bir daha kim olduqlarını dünyaya göstərdi. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuran ermənilər öz vəhşi, dağıdıcı xislətlərini nümayiş etdirdilər. Kəlbəcər şəhərində məktəb direktorunun orta məktəbə od vurması düşmənin mənəvi-əxlaqi baxımdan pozğun olan deqradasiyanı dünyaya nümayiş etdirdi. İşğal olunmuş bütün ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalarla təsdiq olunan hərbi cinayətdır. Buna cavab veriləcəyi hec şübhəsizdər. Əslində Kəlbəcərin və diğər işğal altında olan ərazilərimizin azad olunması ilə Qafqaz Albaniyasına aid olan tarixi abidələrimizin, kilsələrimizin bizim tarixi-mədəni sərvətimiz kimi qorunmasını  təmin edirik. Onların vandalizmə məruz qalmasının qarşısını almış oluruq. Prezident İlham Əliyev bir daha vurğuladı ki, “Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Onlar qorunacaq, bərpa ediləcək”. Saxta erməni “tarixçiləri” qədim alban kilsələrini saxtakarlıqla erməniləşdirmək ücün  öz yazılarını oraya əlavə edib obyektiv tarixə müdaxilə etmək cəhdləri hec bir fayda verə bilməz. Bəzi Qərb dairələri bizim dağılmış məscidlərə baxmalıdır. Təbii ki, məscidlərin dağıdılmasına etiraz edilməməsi Qərb ölkələrinin ikili standartlarının, islamofobiyanın, xristian təəssübkeşliyinin təzahürdür. Təssüf ki, qondarma “DQR”in ərazisində onilliklər ərzində qalmış 67 məsciddən 63-ü dağıdılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev həmin məscidlərin biri olan Ağdam məscidini ziyarət etmiş, məscidin dağıdılmış vəziyyətini canlı olaraq dünyaya nümayiş etdirmişdir. Kəlbəcərin işğaldan azad edilməsi ilə Azərbaycanda həm də turizmin və mədən sənayesinin inkişafında yeni bir mərhələ başlayacaq. Ermənistan tərəfi beynəlxalq hüququn tələblərinə uyğun olaraq vurulmuş ziyanın ödəməyə məcbur ediləcək.
   Müharibə bir daha göstərdi kim kimdir.
   Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir.
   Kəlbəcər bizimdir! QarabağAzərbaycandır!

Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru   Aynur Fərzəliyeva

Keçidlər