Şriftin ölçüsü :

Saytın rəngi :

COVİD-19 təhlükəsi artmaqdadır. Reydlər davam edir.

01 dekabr 2020 | 16:00

Bütün dünya ölkələrində insanların sağlamlığına və həyatına böyük təhlükə olan koronavirus (COVİD-19) infeksiyasına yoluxma dinamikası artmaqda davam edir.
   Havaların soyuması ilə ənənəvi kəskin respirator xəstəliklərin çoxalması, koronavirus infeksiyasına yoluxanların sayınınım artması ilə əlaqədar respublikamızın bütün bölgələrində olduğu kimi Şirvan şəhərində də sanitar-profilaktik tədbirlər intensivləşib.
   Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizə tədbirləri çərçivəsində Şirvan Şəhər İcra Hakimiyyəti yanında yaradılmış mobil qruplar xüsusi karantin rejiminin tətbiqi ilə bağlı şəhər ərazisində sakinlərin sıx toplaşdığı məkanlarda, ictimai nəqliyyatda, ictimai iaşə, ticarət və digər sosial obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək, eyni zamanda maarifləndirmə və  profilaktiki tədbirlərin görülməsi  məqsədilə mütəmadi olaraq reydlər həyata keçirir.
   30 noyabr tarixində keçirilən növbəti reydlərdə gün ərzində ümumilikdə 207 olmaqla, 32 ictimai iaşə, 118 ticarət, 23 bərəbərxana və gözəllik salonu, 27 digər xidmət obyektlərinə, 7 yas mərasiminə nəzarət edilib, 374 nəfər vətəndaşa xüsusi karantin qaydalarını pozduğu üçün xəbərdarlıq edilib. Reydlər zamanı ictimai-iaşə və ticarət obyektləri sahibləri, eyni zamanda şəhər sakinləri ilə maarifləndirici söhbətlər aparılıb. Nazirlər Kabineti yanında Operativ Qərərgahın tövsiyyə və tapşırıqlarına və sanitar-epidemioloji tələblərə əməl etmələri, ticarət obyektlərinin giriş hissələrində dezinfeksiyaedici maddələr olan xüsusi qabların yerləşdirilməsi, insanlar arasında sosial məsafənin gözlənilməsi, xidmətlərdən yararlanan şəhər sakinlərinin və satıcıların birmənalı şəkildə fərdi qoruyucu vasitələrdən(maska) istifadə etmələri barədə lazımi tövsiyyələr verilib.
   Xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara riayət eməyənlər barəsində inzibati qaydada tədbirlərin görüləcəyi ictimai-iaşə və ticarət obyektləri sahiblərinin nəzərinə çatdırılıb.

Keçidlər