Mehriban xanım Əliyeva Laçının azad olması münasibəti ilə xalqımızı təbrik edib.
01 dekabr 2020 | 16:00
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Laçının işğaldan azad edilməsi münasibəti ilə paylaşım edib.
Paylaşımda deyilir : "Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edirəm! Qoy Uca Allah mərhəmətini xalqımızdan əsirgəməsin, bütün həmvətənlərimizə cansağlığı və səadət, Vətənimizə sülh, firavanlıq və nurlu gələcək bəxş etsin! Qarabağ Azərbaycandır!"