Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda karantin qaydalarının pozulması əleyhinə reydlər davam edir.

02 dekabr 2020 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 noyabr tarixli qərarı ilə koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb. Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatuna  görə, son sutka ərzində ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasına 4426 yeni yoluxma faktı qeydə alınıb, 1995 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib. Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların sayı 125602 nəfər,  ölənlərin sayı 1433 nəfərdir.
     Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması ilə tanış olmaq məqsədi ilə şəhər ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində keçirilən reydlər intensivləşib.
     1 dekabr  tarixində keçirilən növbəti reyddə  ümumilikdə 214 olmaqla, 34 ictimai iaşə, 121 ticarət, 24 bərbərxana və gözəllik salonu, 29 digər xidmət obyektlərinə, 6 yas mərasiminə nəzarət edilib. Xüsusi karantin qaydalarına əməl etməyən 387 nəfər vətəndaşa xəbərdarlıq edilib.
    Reydlər zamanı ictimai-iaşə və ticarət obyektləri sahibləri, eyni zamanda şəhər sakinləri ilə maarifləndirici söhbətlər aparılmış, ticarət obyektlərinin giriş hissələrində dezinfeksiyaedici maddələr olan xüsusi qabların yerləşdirilməsi, insanlar arasında sosial məsafənin gözlənilməsi, xidmətlərdən yararlanan şəhər sakinlərinin və satıcıların birmənalı şəkildə fərdi qoruyucu vasitələrdən (maska) istifadə etmələri barədə lazımi tövsiyələr verilmişdir.
  Xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara riayət eməyən ictimai-iaşə və ticarət obyektlərində inzibati qaydada təbirlər görülmüşdür. Şirvan şəhəri ərazisində sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və profilaktik tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir.

Keçidlər