Şəhidlərin xatirəsini yad etmək üçün sabah saat 12:00-da bir dəqiqəlik sükut elan ediləcək.
03 dekabr 2020 | 16:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan ediləcək.