Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda nəzarət-profilaktik tədbirlər intensivləşib.

04 dekabr 2020 | 16:00

Havaların soyuması, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə vətəndaşların ciddi əməl etməməsi ənənəvi kəskin respirator xəstəliklərin çoxalması, koronavirus infeksiyasına yoluxma dinamikasının artması ilə nəticələnib.
    Son sutka ərzində ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasına 4189 yeni yoluxma faktı qeydə alınıb, 2089 nəfər sağalaraq evə göndərilib, virusa yoluxan 40 nəfər vəfat edib. İndiyədək ümumilikdə ölkə üzrə 133733 nəfər koronavirus infeksiyasına yoluxub, 1510 nəfər vəfat edib, aktiv xəstə sayı 50989 nəfərdir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması ilə tanış olmaq məqsədi ilə respublikamızın bütün bölgələrində olduğu kimi Şirvan şəhərində də nəzarət-profilaktik tədbirlər intensivləşib.
   Şirvan şəhər İcra Hakimiyyətində yaradılmış mobil təbliğat qrupları koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə maarifləndirmə xarakterli reydləri davam etdirir.
   3 dekabr tarixində keçirilən nöbəti reydldə  ümumilikdə 230 olmaqla, 37 ictimai iaşə, 125 ticarət, 29 bərəbərxana və gözəllik salonu, 32 digər xidmət obyektlərinə, 7 yas mərasiminə nəzarət edilib, 405 nəfər vətəndaşa xəbərdarlıq edilib. Sözügedən məkanlarda xüsusi karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edildiyi ilə maraqlanılıb, satıcı və alıcılarla, habelə sahibkarlarla profilaktik söhbətlər, izahetmə-xəbərdarlıq işləri aparılıb. Reyd zamanı ictimai nəqliyyat vasitələrinin sürücüləri və sərnişinlərlə də müvafiq söhbətlər edilib. Onlara gigiyenik vasitələrdən və tibbi maskalardan istifadənin, sosial məsafənin gözlənilməsinin zəruriliyi, qaydalara riayət olunmasının vacibliyi bir daha xatırladılıb. Qeyd edilib ki, koronavirus infeksiyası ilə mübarizədə görülmüş işlərin mərkəzində Azərbaycan vətəndaşlarının sağlamlığı dayanır. Buna görə də kimliyindən, sosial statusundan, yaşından və vəzifəsindən asılı olmayaraq hər bir vətəndaş bu məsələdə məsuliyyətli olmalı, infeksiyaya qarşı mübarizədə birlik, həmrəylik nümayiş etdirməlidir.
   Xüsusi karantin rejimi ilə əlaqədar koronaviris infeksiyasının yayılmasının qarşısının alınması və profilaktik tədbirlərə əməl olunması məqsədi ilə Şirvan şəhərində keçirilən reydlər bundan sonra da davam etdiriləcəkdir.

Keçidlər