Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev: Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq.

04 dekabr 2020 | 16:00

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı və 44 gün çəkən bu əməliyyat, vətən müharibəsi, haqlı mübarizə ilə bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad etdi. İşğaldan azad olunan şəhər və kəndlərimizə, qəsəbələrimizə üçrəngli bayrağımızın ucaldılması ilə nəticələnən Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. İşğalçı erməni silahlı birləşmələri Ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkildi və düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edildi. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur oldu. Bu sənədlə bugünədək Ağdam və Kəlbəcər rayonları, 01 dekabr 2020-ci ildə isə işğalda qalan son rayonumuz - Laçın rayonu işğaldan azad olundu. Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı.
    Laçın iqtisadi cəhətdən Azərbaycan üçün mühüm rol oynayırdı. Azərbaycan sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonumuzu - Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlını, həmçinin Şuşa şəhəri, Hadrut qəsəbəsi və Dağlıq Qarabağdakı bir çox torpaqlarımızı hərbi yolla işğaldan azad etdi, düşməni darmadağın etdi və Ermənistanı dərin böhrana saldı. Bu müharibə Ermənistan üçün sosial və iqtisadi yöndə çox ağır başa gəldi. Onsuzda borcun içində üzən bir dövlət dahada pis vəziyyətə düşdü. Bizim məhv etdiyimiz və qənimət kimi götürdüyümüz silah sursatın dəyəri milyardlarla dollar dəyərindədir. Hər kəsə məlum idi ki, bunlar Ermənistana hansı yollarla gəlir və pulsuz olaraq silahlandırılırlar. Lakin bu bizim üçün heç nəyi dəyişmədi. Azərbaycan öz gücünü istər siyasi, istərsədə hərb meydanında layiqincə göstərdi və sübuta yetirdi ki, biz öz ərazi bütövlüyümüz uğrunda canımızdanda keçməyə hazırıq. Tənəzzül yolunda irəliləyən Ermənistanın torpaqlarımızı boşaltmaq üçün hazırlanmış bəyanata qol çəkməkdən başqa çıxış yolu yox idi. Azərbaycana 17 il ərzində dəfələrlə müxtəlif xarici dairələrdən yalnız beş rayonun qaytarılmasına razılaşmaq üçün təzyiq edilsə də, Ali Baş Komandan iqtisadi, hərbi, diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini seçməyi üstün tutdu, bu model özünü doğrultdu, Azərbaycan yeni hərbi-siyasi reallıq yaratdı. Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycanın məhz özünün döyüşərək, hərbi-siyasi yolla geri alması möhtəşəm tarixi Qələbəmizin daha bir təntənəsi, düşmənin hərbi kapitulyasiyasının növbəti təsdiqidir. Ermənistan tərəfi bütün Laçın rayonunun onlara dəhliz kimi verilməsinə israr edirdi və bəzi qərb dairələridə buna dəstək olurdu. Lakin cənab Prezident ilham Əliyevin təkidi ilə bunun olmayacağını anladılar və Laçın rayonu tam olaraq bizimdir. Düzdür Ermənistanın Laçın rayonunu qaytarmaq fikri olmayıb elə buna görədə orada qanunsuz məskunlaşma həyata keçiriblər. Ancaq bu heçnəyi dəyişmir Laçın rayonu əzəli Azərbaycan torpağıdır və bizimdir. Azərbaycan Respublikası Laçın dəhlizi üzərində suveren haqlarını kimsəyə təslim etməyib, dəhlizdə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkəti rəsmi Bakının təhlükəsizlik zəmanəti altındadır. Laçın dəhlizi Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə verilən zəmanətə adekvatdır. Sonuncu dəhliz Azərbaycanla Türkiyəni quru yolla birləşdirir ki, bu da Vətən müharibəsində ikiqat Qələbənin nəticəsidir. Biz mümkünsüz deyiləni etdik. İllərlə sürən Dağlıq Qarabağ münaqişəsini həll etmişiksə bizim üçün artıq mümkünsüz deyə bir şey yoxdur. Tarixi dəyişən Azərbaycan öz imkanları sayəsində Qarabağı yenidən quracaq və oranı nəinki Azərbaycanın hətta dünyanın ən gözəl yerlərindən birinə çevirəcəkdir. Bütün bu hadisələri, bu sevinci bizə yaşadan ən başda cənab Prezidentimiz İlham Əliyevdir. Biz fəxr edirik ki, Azərbaycanın İlham Əliyev kimi qüdrətli bir sərkərdəsi var. Məhz cənab Ali Baş Komandanın siyasi uzaqgörənliyi ilə biz bu günü qalib kimi yaşayırıq.

Yaşasın Ali Baş Komandan! Eşq olsun müzəffər Azərbaycan ordusuna! Laçın bizimdir! Qarabağ Azərbaycandır!

Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov

Keçidlər