Vətən müharibəsində şəhid olanların əziz xatirəsi yad edilib.
Bütün ölkə ərazisində olduğu kimi bu gün saat 12:00-da Şirvan şəhərində də Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sükut zamanı şəhər ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, avtomobillərlə siqnallar verilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və müharibə əlilləri, şəhər ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib, şəhid məzarlarına əklil və gül dəstələri qoyublar. Ziyarətçilər torpaq uğrunda canından keçən qəhrəmanların xatirəsini dərin hörmət və ehtiramla yad edib, ailələrinə baş sağlığı veriblər. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi hər birimizdə qürur doğurur və bu amal uğrunda fədakarlıq göstərənlər Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.