Şirvanda karantin qaydalarının pozulmasına qarşı reydlər davam edir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatuna görə, son sutka ərzində ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasına 4267 yeni yoluxma faktı qeydə alınıb, 2566 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib. Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların sayı 138000 nəfər, ölənlərin sayı 1551 nəfərdir.
Kütləvi yoluxma və ölüm sayındakı artım, vətəndaşların virusun yayılmasında məsuliyyətsizliyi ölkə ərazisində nəzarət-profilaktik tədbirləri gücləndirməyi vacib edir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması ilə tanış olmaq məqsədi ilə Şirvan şəhər ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində keçirilən reydlər intensivləşib. Reydlər zamanı ictimai-iaşə və ticarət obyektləri sahibləri, eyni zamanda şəhər sakinləri ilə maarifləndirici söhbətlər aparılmış, ticarət obyektlərinin giriş hissələrində dezinfeksiyaedici maddələr olan xüsusi qabların yerləşdirilməsi, insanlar arasında sosial məsafənin gözlənilməsi, xidmətlərdən yararlanan şəhər sakinlərinin və satıcıların birmənalı şəkildə fərdi qoruyucu vasitələrdən (maska) istifadə etmələri barədə lazımi tövsiyələr verilmişdir.
4 dekabr tarixində keçirilən növbəti reyddə ümumilikdə 237 olmaqla, 39 ictimai iaşə, 128 ticarət, 30 bərbərxana və gözəllik salonu, 34 digər xidmət obyektlərinə, 6 yas mərasiminə nəzarət edilib, 417 vətəndaşa xəbərdarlıq edilib.
Xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara riayət eməyən ictimai-iaşə və ticarət obyektlərinin sahibləri, vətəndaşlar barəsində inzibati qaydada təbirlər görülmüşdür.
Şirvan şəhəri ərazisində sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və profilaktik tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir.