Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda virusa qarşı nəzarət-profilaktik tədbirlər intensivləşib.

07 dekabr 2020 | 16:00

Havaların soyuması, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə vətəndaşların ciddi əməl etməməsi ənənəvi kəskin respirator xəstəliklərin çoxalması, koronavirus infeksiyasına yoluxma dinamikasının artması ilə nəticələnib.
   Son sutka ərzində ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasına 4356 yeni yoluxma faktı qeydə alınıb, 2517 nəfər koronaviruslu xəstə sağalaraq evlərinə buraxılıb, 39 nəfər vəfat edib, aktiv xəstə sayı 56550 nəfərdir.
   Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması ilə tanış olmaq məqsədi ilə respublikamızın bütün bölgələrində olduğu kimi Şirvan şəhərində də nəzarət-profilaktik tədbirlər intensivləşib.
   Şirvan şəhər İcra Hakimiyyətində yaradılmış mobil təbliğat qrupları koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə maarifləndirmə xarakterli reydləri davam etdirir.
   Növbəti reyd zamanı ümumilikdə 143 olmaqla, 138 ticarət, 5 yas mərasiminə nəzarət edilib, 362 vətəndaşa xəbərdarlıq edilib. Sözügedən məkanlarda xüsusi karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edildiyi ilə maraqlanılıb, profilaktik söhbətlər, izahetmə-xəbərdarlıq işləri aparılıb. Onlara gigiyenik vasitələrdən və tibbi maskalardan istifadənin, sosial məsafənin gözlənilməsinin zəruriliyi, qaydalara riayət olunmasının vacibliyi bir daha xatırladılıb. Qeyd edilib ki, koronavirus infeksiyası ilə mübarizədə görülmüş işlərin mərkəzində Azərbaycan vətəndaşlarının sağlamlığı dayanır. Buna görə də kimliyindən, sosial statusundan, yaşından və vəzifəsindən asılı olmayaraq hər bir vətəndaş bu məsələdə məsuliyyətli olmalı, infeksiyaya qarşı mübarizədə birlik, həmrəylik nümayiş etdirməlidir.
   Xüsusi karantin rejimi ilə əlaqədar koronaviris infeksiyasının yayılmasının qarşısının alınması və profilaktik tədbirlərə əməl olunması məqsədi ilə Şirvan şəhərində keçirilən reydlər bundan sonra da davam etdiriləcəkdir.

Keçidlər