Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda xüsusi karantin rejimi ilə əlaqədar reydlər davam edir.

09 dekabr 2020 | 16:00

​ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 noyabr tarixli qərarı ilə koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində  geniş yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 yanvar saat 06:00-dək uzadılıb. Eyni zamanda 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcəkdir.
​ ​ ​ ​ Qeyd edək ki, hazırda ölkədə gündəlik yoluxma sayının 4000-keçməsi, aktiv xəstə sayının 60000-ə yaxın olması paytaxtda və regionlarda ciddi profilaktik tədbirlər görülməsinə zərurət yaradıb.
​ ​​  Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması ilə tanış olmaq məqsədi ilə Şirvan şəhər ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində keçirilən reydlər intensivləşib.
​ ​ ​ ​ ​ ​ 8 dekabr​ tarixində keçirilən növbəti reyddə​ ümumilikdə 220 olmaqla, 35 ictimai iaşə, 123 ticarət, 26 bərbərxana və gözəllik salonu, 30 digər xidmət obyektlərinə, 6 yas mərasiminə nəzarət edilib. Xüsusi karantin qaydalarına əməl etməyən 394 nəfər vətəndaşa xəbərdarlıq edilib.
​ ​ ​ ​ ​ ​ Reydlər zamanı ictimai-iaşə və ticarət obyektləri sahibləri, eyni zamanda şəhər sakinləri ilə maarifləndirici söhbətlər aparılmış, ticarət obyektlərinin giriş hissələrində dezinfeksiyaedici maddələr olan xüsusi qabların yerləşdirilməsi, insanlar arasında sosial məsafənin gözlənilməsi, xidmətlərdən yararlanan şəhər sakinlərinin və satıcıların birmənalı şəkildə fərdi qoruyucu vasitələrdən (maska) istifadə etmələri barədə lazımi tövsiyələr verilmişdir.
​ ​ ​ ​ ​ ​ Xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara riayət eməyən ictimai-iaşə və ticarət obyektlərində inzibati qaydada təbirlər görülmüşdür.
​ ​ ​ ​ ​ ​ Şirvan şəhəri ərazisində sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və profilaktik tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir.                                                            

Keçidlər