Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda koronavirus infeksiyası əleyhinə reydlər davam edir.

14 dekabr 2020 | 16:00

Şirvan Şəhər İcra Hakimiyyəti başçısı yayında yaradılmış Operativ Qərargah tərəfindən təsdiq edilmiş Tədbirlər planına uyğun olaraq koronavirus (COVİD-19) infeksiyasına yoluxma riskinin azaldılması istiqamətində zəruri tədbirlər davam etdirilir.​ ​ ​ Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə şəhər İcra Hakimiyyətində yaradılmış 35 mobil qrup üzvləri tərəfindən şəhər ərazisində və qəsəbələrdə qoruyucu maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı izahetmə-xəbərdarlıq işləri, maarifləndirici söhbətlər aparılır.
    13 dekabr tarixində keçirilən növbəti reyd zamanı ümumilikdə 146 olmaqla, 141 ticarət, 5 yas mərasiminə nəzarət edilib, 373 nəfər vətəndaşa xəbərdarlıq edilib.
   Eyni zamanda, şəhər ərazisində parkların giriş hissələrinə təbliğat xarakterli plakatlar qoyulur, könüllü gənclərin iştirakı ilə əhali arasında yoluxucu infeksiya haqqında maarifləndirici bukletlər paylanılır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqları və sanitar-epidemioloji tələblərlə bağlı məlumatlar dövrü olaraq şəhər İcra Hakimiyyətinin sosial şəbəkə hesablarında və rəsmi internet saytında yayımlanır.
    Əhalinin sağlamlığının qorunması məqsədi ilə şəhərin küçə və prospektləri xüsusi texnikalarının köməyi ilə dezinfeksiyaedici maddələrlə yuyulur, Gigiyena və Epidemiologiya Mərkəzinin və şəhər Bələdiyyəsinin sanitar işçiləri tərəfindən yaşayış binalarının ətrafında, giriş bloklarında, pilləkən qəfəslərində, ticarət və xidmət obyektlərində, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində dezinfeksiyaedici maddələrlə sanitar-gigiyenik işlər aparılır.                                                                           

Keçidlər