Hərbi vəziyyət dövründə komendantların təyin edilməsi ilə bağlı sərəncam ləğv olunub.
14 dekabr 2020 | 16:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2281 nömrəli Sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, "Hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2281 nömrəli Sərəncamı ləğv olunub.