Mobil qruplar tərəfindən reydlər davam edir.
Şirvan şəhərində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə əhali arasında maarifləndirmə işləri, karantin qaydalarına riayət olunmasına nəzarət üçün tədbirlər davam etdirilir.
16 dekabr 2020-ci il tarixində mobil qruplar tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar ticarət və digər əhalinin daha çox müraciət etdiyi obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək üçün reydlər aparılıb. Reydlər zamanı vətəndaşlara sosial məsafənin saxlanılmasının və tibbi maskadan istifadənin və Operativ Qərargahın müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi bir daha izah edilib. Gün ərzində ümumilikdə 180 olmaqla, 147 ticarət, 27 digər obyektə baxış keçirilib. 6 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Reydlər zamanı 137 nəfər vətəndaşa xəbərdarlıq edilib.
Koronavirus pandemiyası ilə mübarizə məqsədilə zəruri tədbirlər davam etdirilir.
Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2021-ci il 31 yanvar 06:00-dək uzadılıb. Dekabrın 14-dən 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.