Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın yaratdığı reallıqlar ATƏT-in Minsk Qrupuna tutarlı cavabdır.

18 dekabr 2020 | 16:00

ATƏT-in Minsk qrupu həmsərdlərinin sonuncu dəfə Azərbaycana səfərindən ötən bir il ərzində Ermənistan-Azərbaycan ​ Dağlıq Qarabağ münaqişəsindəki status-kvo güc yolu ilə, Azərbaycan hökumətinin iradəsi, yürüdülən müdrik siyasət, Azərbaycan xalqının əzmi, həmrəyliyi, bütün qüvvələrin səfərbər olunması və Azərbaycan əsgərinin şücaəti sayəsində dəyişdirilmişdir. Bu günədək münaqişənin hərbi həlli olmadığını iddia edən həmsədrlərə cavab Prezident İlham Əliyevin verdiyi siyasi qiymətlə mahiyyətini tam ifadə etmiş oldu. “Hərbi variant yoxdur” deyənlər sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər. Nəticə artıq göz qabağındadır. Hərbi əməliyyatların nəticəsini sülhməramlılar öz fəaliyyətləri​ ilə​ sabit saxlanılmağa borcludurlar. Çünki Dağlıq Qarabağ ​ adlı münaqişəsi artıq tarixə qovuşub. Azərbaycan öz reallıqlarıni qəbul etdirib.
 ​ Status-kvo haqqında düşüncələr beynəlxalq vasitəçilərin faliyyətinə zərbə vurub.
  ​Əgər 2010 cu ilədək​ Minsk qrupunun həmsədrləri həmişə ​ birgə bəyannamə ilə çıxış edərək status-kvonun qəbuledilməz olduğunu bildirirdilərsə müəyyən vaxtdan sonra həmsədr ölkələrin status-kvonu qəbul etmək cəhdləri, hətta belə bir anlayışın müzakirəsindən yayınmaları faktiki olaraq bu ölkə liderlərinin mövqesizliyinin və qərəzliliyinin tam təsdiqi idi. Ona görə də Pezident İlham Əliyevin “Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb” kimi qənaəti obyektiv tarixi qiymətin ifadəsidir. Təbii ki, belə mövqenin mahiyyətinə dair olan sualların hec birinin ​ Minsk qrupu həmsdrləri tərəfindən cavabı yoxdur, ola da bilməz. Çünki, ​ BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu ​ illər ərzində münaqişənin niyə həll olunmaması işğalçıya olan isti münasibətin, ədalətsizliyə yoldaşlıq etməyin təzahüründən başqa bir ada sahib ola bilməz. Ona görə də Minsk qrupunun​ keçmişindən gələcəyinədək olan mandatının bütövlükdə şübhəli olması indiki siyasi reallıqlarda hər addımın Azərbaycanla razılaşdırılmalı olduğunu zəruri edir. Bu reallıqların incəliyini həmişə dəqiq təhlil edən Prezident İlham Əliyev məsələyə konkret meyarlar çərçivəsindən qiymət verərək bu günlərdə həmsədr ölkələrin ökləmizə gələn qonaqlarına demişdir: Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm”. Bu​ mövqe həmsədrlərdən onu tələb edirdi ki, artıq ​ regiona qərəzsiz və sabitliyin davamlı olması​ üçün konkret​ əməli işlə gəlmək lazımdır. Çünki, Minsk qrupunun gələcək mandatının da Azərbaycandan asılı olduğu reallığa çevrilib.
​  ​ Ermənistan hərbi birləşmələri diktaturaya söykənir.
​ ​  Ermənistan üçün alçaldıcı kapitulyasiya Bəyənatının imzalanması Paşinyan diktatura rejiminin layiq olduğu qiymətidir. Paşinyan bu rejimlə danışıqlar prosesinin formatını alt-üst etməyə cəhd etmiş, onun təxribatçı hərəkətləri və bəyanatları danışıqları tamamilə mənasız etmişdir. Paşinyanın 7 şərtinə qarşı Azərbaycanın yeganə şərti işğalçının torpaqlarımızdan çıxması olmuşdur. Erməni xalqının Paşinyan tərəfindən aldadılması, onun saxta və hec bir sosial bazaya sahib olmaması, Sarkisyan və Köçəryan rejiminə qarşı etiraz dalğası üzərində hakimiyyətə gəlmiş təsadüfi insan olması kimi tarixi həqiqətlər Azərbaycanın siyasi iradəsi və hərbi gücü ilə sübuta yetirildi. Paşinyanın aldığı layiqli cəza və darmadağın edilmiş Ermənistan hərbi qruplaşmalarına endilrilən zərbələr diktaturanı və təxribatçı qruplaşmanı müdafiə edən qüvvələrə də tarixi dərs oldu.​Məğlubedilməz Azərbaycan Ordusu isə işğal olunmuş ərazilərimizin böyük hissəsini, 300-dən artıq şəhər, qəsəbə və kəndi, o cümlədən Azərbaycanın tarixi Şuşa şəhərini 44 gün ərzində azad etmiş, erməni millətçilərinin üzdəniraq “artsax” xülyaları dağıdılmışdır. Tarixi həqiqət odur ki, Azərbaycan yalnız Vətən müharibəsi aparmışdır, etnik təmizləmə və ya başqa ölkənin ərazilərini tutmaq kimi heç bir hədəfi olmamışdır. Halbuki, Azərbaycan ordusunun potensialı buna tam imkan verirdi. Rusiya Prezidentinin müraciəti əsasında Azərbaycanın Kəlbəcər rayonunun ​ boşaldılması üçün verilən əlavə 10 gün vaxtdan ​ isə ermənilərin qarət, vandalizm, vəhşilik, ekoloji terror məqsədilə istifadə etməsi, Gəncə şəhərinin ballistik raketlə atəşə tutulması, Bərdə və Tərtər şəhərlərinin kasetli və fosforlu sursatla atəşə məruz qalması, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırma kimi əməllər beynəlxalq cinayətlər sırasına daxil olmuşdur. Sarkisyan və Köçəryan hərbi cinayətkarlar olaraq hüquq qarşısında cavab verməlidirlər. Prezident İlham Əliyev bir daha bildirdi ki, “xalqımız, ölkəmiz qələbə qazandı, çünki həqiqət və beynəlxalq hüquq bizim tərəfimizdə idi”.
​ Azərbaycan humanizm prinsiplərinə sadiqdir.
​  ​ Azərbaycan Prezidenti hər zaman bildirmişdir ki, “Azərbaycan dövlətinin erməni xalqı ilə problemi yoxdur. Bizim davamız işğalçılarladır, ərazimizi işğal edən cinayətkarlarladır. Azərbaycan vətəndaşı olan ermənilər təhlükəsizlik və ləyaqət şəraitində yaşaya bilərlər”. Bütün bunların təminatı ücün ​ artıq Ağdam rayonunda Monitorinq Mərkəzi yaradılmışdır. Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs rejiminə nəzarət edəcək. Bu həm də regional əməkdaşlığın çox yaxşı təzahürüdür. Regiona yeni canlanma gətirilməlidir. Regionda yeni inkişaf olmalıdır. Azərbaycan buna hazırdır”. Ermənistanın isə regional əməkdaşlıq platformalarında təmsil olunması Paşinyan rejimindən, yaxud da həmin rejimi devirəcək dairələrdən asılı olacaq. Bu, çoxtərəfli platforma ola bilər. Bu işbirliyi platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər. Beynəlxalq ictimaiyyət Ermənistana birbaşa mesaj verməlidir.
 ​ Beləliklə, Prezident İlham Əliyevin ATƏT-in ​ Minsk Qrupunun həmsədrləri ilə ​ növbəti görüşü Azərbaycanın malik olduğu siyasi, iqtisadi və hərbi gücün və bölgədəki sülhün -sabitliyin qarantına çevrilməsinin təzahürü kimi birmənalı olaraq ​ dərk edilməsini​ qarşıya qoymuşdur.
  Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva.

Keçidlər