Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri davam edir.

18 dekabr 2020 | 16:00

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Şirvan şəhərində koronavirus infeksiyasının yayılma sürətinin azaldılması və qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam edir.
    Şirvan Şəhər İcra Hakimiyyətində yaradılan mobil qruplar xüsusi karantin rejimi ilə əlaqədar müəyyən edilmiş qaydalara əməl olunmasını təmin etmək üçün ticarət və digər obyektlərdə mütəmadi olaraq reydlər keçirir, əhalinin kütləvi şəkildə toplaşdığı ərazilərdə maarifləndirici təbliğat işləri aparırlar. Reydlər zamanı vətəndaşlara gigiyena qaydalarına riayət edilməsinin, sosial məsafənin saxlanılmasının vacibliyi, açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi və parça maska, respirator və sair) istifadə edilməsinin məcburiliyi izah olunur, müvafiq tövsiyələr verilir.
    Eyni zamanda, xüsusi karantin rejimi qaydalarını pozan obyektlərin sahibləri, həmçinin vətəndaşlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati tədbirlər görülür.
    17 dekabr 2020-ci il tarixində keçirilən növbəti reyd zamanı vətəndaşlara sosial məsafənin saxlanılmasının və tibbi maskadan istifadənin və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi bir daha izah edilib.​ Gün ərzində ümumilikdə 178 olmaqla, 146 ticarət, 25 digər obyektə baxış keçirilib. 7 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Reydlər zamanı qaydalara əməl etməyən 154 nəfər vətəndaşa xəbərdarlıq edilib.
    Koronavirus pandemiyası ilə mübarizə məqsədilə zəruri tədbirlər davam etdirilir.
    Bir daha vətəndaşlardan özlərini və yaxınlarını infeksiyadan qorumaq, infeksiyanın daha geniş arenada yayılmasının qarşısını almaq üçün üçün xüsusi karantin rejiminin qaydalarına əməl etməyə çağırırıq.

Keçidlər