Azərbaycanda 8 Noyabr-Zəfər Günü qeyri-iş günü olacaq
Zəfər Günü ilə bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilib.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, Əmək Məcəlləsinin 105-ci maddəsində nəzərdə tutulan bayram günlərinin siyahısına 8 noyabr - Zəfər günü də əlavə edilir və qeyri- iş günlərinə aid ediləcək.
Digər bir dəyişikliklə isə Məcəlləyə yeni - 106.1-ci maddə əlavə edilir: “Hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının azad edilməsi uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmə günü - “Azərbaycan Respublikasında Anım günü”dür. Həmin gün iş günü hesab ediləcək.
Müzakirələrdən sonra Məcəlləyə dəyişiklik layihəsi I oxunuşda qəbul edilib.