Şriftin ölçüsü :

Saytın rəngi :

18 oktyabr - Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.

18 oktyabr 2022 | 15:40

Şirvan Şəhər  İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şirvan şəhər Heydər Əliyev Mərkəzində 18 oktyabr - Dövlət müstəqilliyinin bərpasının 31 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra ölkəmizin müstəqilliyinin, suverenliyinin, konstitusiya quruluşunun, ərazi bütövlüyünün qorunması, tarixi torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatlarında rəşadət və qəhrəmanlıq göstərərək canından keçmiş bütün şəhid əsgər və zabitlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva çıxış edərək Azərbaycan dövlətinin müstəqillik tarixinin müxtəlif məqamlarından, müstəqilliyə aparan yolun məşəqqətlərindən söz açıb. 1918-ci ilin may ayının 28-də elan edilmiş və 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cumhuriyyətindən və 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya aktından ətraflı danışıb. Müstəqilliyini yenicə elan etmiş Azərbaycan Respublikasının çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başladığını, müstəqilliyin  ilk illərində xalqımızın yenidən onu itirmək təhlükəsi ilə üzləşdiyini, böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşduğunu, ölkənin möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutduğunu qeyd edib. Heydər Əliyevin daxili və xarici siyasət kursunun, dövlət quruculuğu konsepsiyasının  möhtərəm  Prezidentimiz  cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini və yeni çalarlarla zənginləşdirildiyini vurğulayıb. Ölkəmizdə qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşməsi, Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın töhfəsi, neft strategiyasının milli mənafeylərə uyğun davam etdirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi, regionların tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik, infrastrukturun yeniləşdirilməsi sahəsində görülən işləri diqqətə çatdırıb. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızın 44 gün ərzində azad olunması ilə nəticələnən Vətən müharibəsinin müstəqillik tariximizin zirvəsi olduğunu qeyd edib. Tədbirin sonunda Azərbaycanın müstəqillik tarixindən bəhs edən film nümayiş olunub.

 

Mətbuat xidməti

Keçidlər