Şirvanda 18 şəhər və rayonun baytarlıq xidmətinin rəhbərinin iştirakı ilə 2011-ci ilin yekunlarına dair zona müşavirəsi keçirilib
Şirvanda 18 şəhər və rayonun baytarlıq xidmətinin rəhbərinin iştirakı ilə 2011-ci ilin yekunlarına dair zona müşavirəsi keçirilib. YAP Şirvan şəhər təşkilatının binasında keçirilən zona müşavirəsində Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Siyalə Rüstəmova və Şirvan şəhər icra başçısının müavini Elmira Ağayeva iştirak edib. İcra Başçısının müavini qonaqları salamlayaraq müşavirənin işinə uğurlar diləyib.
Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova müşavirədə çıxış edərək bildirib ki, ötən il baytarlıq xidmətinin əməkdaşları iribuynuzlu, xırdabuynuzlu, təkdırnaqlı heyvanlarda dabaq, itlərdə quduzluq, quşlarda taun, iri və xırdabuynuzlu heyvanlarda leptespiroz, qoyunlarda çiçək və digər iti yolxucu xəstəliklər əleyhinə oroflaktik tədbirlər həyata keçiriblər. Dövlət Baytarlıq Xidməti 2011-ci ildə brusellyoz xəstəliyinin ləğvi üçün göz-damla üsulunu tətbiq ediblər. Bunun nəticəsidir ki, 2002-2003-cü illərdə 650-700 nəfər insan brusellyoz xəstəliyinə yoluxduğu halda bu rəqəm artıq 50 faiz aşağı enib. Xidmət tərəfindən quş qripinə qarşı mübarizə tədbirləri görülərək 7 dəfə monitorinq aparılıb, həm çöl, həm ev quşlarından 9081 nümunə (qan və patoloji material) götürülərək laboratoriyamızda müayinə edilib. Nəticədə quş qripini törədən virus aşkar olunmayıb. Baytarlıq xidmətini yüksəltmək məqsədi ilə 2011-ci ildə 14 obyektdən 8-də tikinti işləri yekunlaşması nəzərdə tutulub.
Yığıncaqda rayon baytarlıq xidməti rəisləri hesabat veriblər. DBX-nin rəisi S. Rüstəmova müzakirələrdən sonra rayon idarə rəislərinə qarşıda duran vəzifələr barədə tapşırıqlar verib.