Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqının bu gününü və gələcəyini düşünən, hər zaman xalqına arxalanan Prezidentə milyonların sevgisi əbəs deyil.

23 dekabr 2020 | 16:00

Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərin sosial məsələlərinin həlli daim diqqət mərkəzindədir. Dövlətimiz hər bir Azərbaycan vətəndaşının sosial məsələlərinin həllinə xüsusi diqqətlə yanaşır, bu baxımdan çox mühüm layihələr həyata keçirilir. Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə icra olunan işlərin nəticəsini sosial cəhətdən xüsusi qayğıya ehtiyacı olanlar da öz həyatlarında hiss edirlər. Prezident İlham Əliyev bütün çıxışlarında bildirir ki, xalqa arxalanıram, onlardan güc alıram. Eyni zamanda, daim bu fikir səsləndirilir ki, həyata keçirilən siyasətin təməlində vətəndaş amili dayanır. Ölkəmizdə səmərəli dövlət idarəetməsinin qurulması istiqamətində həyata keçirilən işlərin və dövlət siyasətinin mərkəzində vətəndaş durur, onun məmnunluğu inkişafın və şəffaflığın  əsas göstəricisi hesab edilir. Bu da ölkə başçısı tərəfindən son illərdə imzalan Azərbaycan vətəndaşlarının, xüsusən şəhid ailələrinin, qazılərin, düşmən təcavüzü nəticəsində xəsarət alan və evləri dağıntılara məruz qalan, həmçinin digər kateqoriyadan olan insanların  sosial müdafiəsinin daha da artırılmasına yönəldilən Fərman, Sərəncamlarda öz əksini tapmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin ləğv edilməsi və bundan irəli gələrək dəyişiklik və yeni hazırlanması zərurəti yaranması ilə əlaqədar Qanuna bir sıra yenı əlavələr təklif edilir. Həmin maddəyə nəzər salsaq görərik ki, burada nəzərdə tutulan əmək pensiyasının sığorta hissəsinə əlavələr pensiya təminatı sistemində sosial sığorta prinsiplərini zəiflədir və həmin əlavələrin maliyyələşdirilməsi prosesi həddən artıq mürəkkəbdir. Bu məqsədlə, həmin maddədə əks olunmuş pensiya əlavələrinin ləğv edilərək mövcud AR Prezidentinin təqaüdləri ilə birləşdirilməsi, ikisinin əvəzinə müvafiq olaraq yeni AR Prezidentinin təqaüdlərinin təsis edilməsi təklif olunur. Pensiya əlavələrinin ləğv edilərək, prezident təqaüdlərinin artırılması həmin pensiya və Prezident təqaüdləri alan şəxslərin sosial rifahının yaxşılaşdırılmasına təsir edəcək, eyni zamanda bu növ sosial təyinatların elektron icrasını sürətləndirəcəkdir.Yeni Qanuna ötən ildən qanunvericilik islahatları çərçivəsində başlanmış sosial müavinətlərin məbləğlərinin optimallaşdırılması və növlərinin unifikasiya edilməsinin davam olaraq şəhid ailəsi üzvlərinə, şəhid uşaqlarına, Müharibə, 1990-cı il 20 Yanvar və Çernobıl AES əlillərinin uşaqlarına ödənilən sosial müavinətlər ləğv edilərək, müvafiq kateqoriya üzrə AR Prezidentinin təqaüdlərinin məbləğinin artırılması təklif olunur. Belə ki,  Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə AR Prezident təqaüdünün məbləğinin 1500 manatdan 1800 manatadək, şəhid ailəsi üçün (Əfqanıstanda həlak olanlar və 20 yanvar şəhidləri daxil olmaqla) 300 manatdan 500 manatadək, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə - I dərəcə əlilliyi olan şəxslərə   250 manatdan 400 manatadək, II dərəcə əlilliyi olan şəxslərə   230 manatdan 350 manatadək, III dərəcə əlilliyi olan şəxslərə  210 manatdan 300 manatadək, ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə 100 manatdan 130 manatadək, Böyük Vətən Müharibəsi iştirakçılarına 150 manatdan 300 manatadək artırılması təklif olunur. Təkliflərdə digər səbəblərdən əlil olan şəxslər də nəzərə alınıb.
    Vətən müharibəsi ilə əlaqədar ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olanların ailələri və müharibədə əlil olmüş və xəsarət almış şəxslərin sosial təminatının gücləndirilməsi üçün dövlət tərəfindən əlavə imtiyazlar nəzərdə tutulub. Bura birdəfəlik sığorta ödənişi, AR Prezidentinin aylıq təqaüdü, əlilliyə görə aylıq pensiya və müavinətlər, mənzil, avtomobil təminatı, sanatoriya-kurort və reabilitasiya müalicəsi, reabilitasiya vasitələri ilə təminat və s. daxildir. Bu reallığı böyük inam və qətiyyətlə ifadə edə bilərik ki, möhkəm təməl davamlı inkişafın, ortaya çıxan hər hansı problemin öz müsbət həllini  tapmasında əhəmiyyətli rol oynayır. Döyüş meydanında əsgərlərimizin şəhid olması, erməni təxribatları nəticəsində mülki əhalinin qətlə yetirilməsi, yaralanması,  kütləvi dağıntılar  qəlbimizi göynətsə də  təsəllimiz budur ki, Ermənistan silahlı qüvvələri torpaqlarımızdan qovuldu, işğaldan azad edilmiş torpaqlarımızda bayrağımız dalğalanır, Azərbaycanın ərazi bütövlüyü təmin olundu.  30 illik  Vətən, torpaq həsrətinə, nisgilinə son qoyuldu. Artıq ölkəmizin həyatında yeni dövr başlayır. İşğal altında olan torpaqalrımızda görüləcək işlərlə bağlı imzalanan sənədlər, eyni zamanda,  cənab İlham Əliyevin 14 dekabr «2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Sərəncamı da deyilənlərin təsdiqidir. Sənəddə də qeyd olunduğu kimi, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 noyabr tarixli  Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası tərəfindən təxirə salınmadan iş aparılır. Mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın dövlət vəsaiti hesabına aradan qaldırılmasına dair müvafiq təkliflər hazırlanır. İlkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə imzalanan məlum Sərəncam  bir daha Prezident-xalq birliyinin, dövlətimizin başçısının hər zaman vətəndaşın yanında olub onların qayğıları ilə maraqlanmasının bariz nümunəsidir. Xalqının bu gününü və gələcəyini düşünən, hər zaman xalqına arxalanan Prezidentə milyonların sevgisi  şəksizdir. Dövlətimizin Başçısı, Ali baş Komandan İlham Əliyevə vətəndaşlar tərəfindən ünvanlanan saysız-hesabsız təşəkkür və minnətdarlıq məktublarında da bu sevgini şərtləndirən amillər öz əksini tapır.
    Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov

Keçidlər