Sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar Şirvanda nəzarət tədbirləri gücləndirilib
Şirvan şəhərində sərtləşdirilmiş xüsusi karantin rejiminin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl olunmasına nəzarət tədbirləri davam edir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 22-də keçirilmiş iclasında sərtləşdirilmiş karantin rejiminin tələblərinin icrasına nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Şirvan şəhərində də reydlər intensivləşib.
Reydlər zamanı vətəndaşlara sosial məsafənin saxlanılmasının və tibbi maskadan istifadənin və Operativ Qərargahın müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi bir daha izah edilib. Gün ərzində ümumilikdə 183 olmaqla, 151 ticarət, 27 digər obyektə baxış keçirilib. 5 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Reydlər zamanı 209 nəfər vətəndaşa xəbərdarlıq edilib.
Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2021-ci il 31 yanvar 06:00-dək uzadılıb. Dekabrın 14-dən 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.