Şirvanda xüsusi karantin rejimi ilə əlaqədar gündəlik reydlər keçirilir
Koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində Şirvan şəhərində əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının Nazirlər Kabinetində yaradılmış Operativ Qərargahın qərar və təlimatlarına uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə yaradılmış mobil qrup üzvləri tərəfindən şəhər ərazisində mütəmadi reydlər aparılır.
Sakinlərlə ictimai yerlərdə sosial məsafənin gözlənilməsi, tibbi maskalardan, dezinfeksiyaedici məhlullardan istifadənin, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyinə dair geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır.
Gün ərzində ümumilikdə 171 olmaqla, 143 ticarət, 24 digər obyektə baxış keçirilib. 4 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Reydlər zamanı qaydalara əməl etməyən 192 nəfər vətəndaşa xəbərdarlıq edilib.
Koronavirus pandemiyası ilə mübarizə məqsədilə zəruri tədbirlər davam etdirilir.
Bir daha vətəndaşlardan özlərini və yaxınlarını infeksiyadan qorumaq, infeksiyanın daha geniş arenada yayılmasının qarşısını almaq üçün üçün xüsusi karantin rejiminin qaydalarına əməl etməyə çağırırıq.