Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda koronavirus infeksiyası əleyhinə reydlər davam edir.

05 yanvar 2021 | 16:00

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatuna görə, son sutka ərzində ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasına 334 yeni yoluxma faktı qeydə alınıb, 1891 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.
    Sərtləşdirilmiş karantin rejiminin nəticəsi olaraq yeni yoluxanların sayının azalması insanlara karantin qaydalarına əməl etməklə xəstəliyə qalib gəlməyin mümkünlüyünü sübut edir. Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədi ilə Şirvan Şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən mobil qrupların üzvlərinin iştirakı ilə əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində və fəaliyyətlərinə icazə verilmiş digər obyektlərdə reydlər davam etdirilir. Reydlər zamanı sakinlərlə sosial məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi barədə geniş təbliğat və maarifləndirmə işləri aparılır, obyektlərin sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələri baradə müvafiq məlumatlar verilir. 4 yanvar tarixində keçirilən növbəti reyddə ümumilikdə 176 olmaqla, 153 ticarət, 20 digər xidmət obyektlərinə, 3 yas mərasiminə nəzarət edilib. Xüsusi karantin qaydalarına əməl etməyən 324 nəfər vətəndaşa xəbərdarlıq, 12 nəfərə cərimə tətbiq edilib.
   Xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara riayət eməyən ticarət obyektlərində inzibati qaydada təbirlər görülüb. Şirvan şəhəri ərazisində sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və profilaktik tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir.

Keçidlər