Şirvan şəhərində 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya gününə həsr edilmiş ümumşəhər tədbiri keçirildi.
12 noyabr 2014 | 16:00
12.11.2014-cü il tarixdə saat 12.00-da Yeni Azərbaycan Partiyasının akt zalında Şirvan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya gününə həsr edilmiş ümumşəhər tədbiri keçirildi. Tədbirdə şəhər İcra Hakimiyyətinin Başçısı cənab M.T.Camalov, şura üzvləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etdi.