Şirvanda şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə diqqət və qayğı artırılır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq 2020-ci ilin sentyabrın 27-də başlamış Vətən müharibəsində Müzəffər Ordumuzun erməni təcavüzünə məruz qalmış ərazilərimizin işğaldan azad edilməsində qəhrəmanlıq nümunələri göstərən şəhidlərin ailələrinə və qazilərə dövlət səviyyəsində göstərilən qayğı yerlərdə də davam etdirilir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin ailələrinin və qazilərin sosial problemlərinin araşdırılması məqsədi ilə hər bir ailəyə Şirvan Şəhər İcra Hakimiyyətinin, Şirvan Bələdiyyəsinin, Şirvan şəhər Mərkəzi Xəstəxana Publik Hüquqi şəxsin və Polis şöbəsinin əməkdaşlarından ibarət işçi qrupu təhkim edilmişdir. Bu gün İşçi qruplarının üzvləri Şirvan şəhərində yaşayan Vətən müharibəsi qazilərinin ailələrində olmuş, onların sosial problemləri ilə maraqlanmış, müraciətlərini yüksək diqqət və həssaslıqla araşdırmış, qaldırılan hər bir məsələnin həlli üçün zəruri tədbirlərin aidiyyəti qrumlar tərəfindən əlaqəli şəkildə həyata keçiriləcəyi nəzərlərinə çatdırılmışdır.
Vətən müharibəsi qaziləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını və təşəkkürlərini bildirmişlər.