Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqımızı dünya xalqları içərisində fərqləndirən xüsusiyyətlərdən ən yüksəyi mədəniyyətdir.

07 yanvar 2021 | 16:00

Azərbaycan dünyanın mədəni xəzinəsinə öz töhfəsini vermiş nadir ölkələrdən  biridir. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı  özünün tarixi, maddi mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və  musiqi  mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı- ayrılıqda inkişaf yolu keçməsinə  baxmayaraq, birlikdə vəhdət  təşkil  edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan mədəniyyəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və  zəngindir. Azərbaycan mədəniyyətinin inkişafına tarixən regionda baş   verən siyasi və  hərbi hadisələr və  Azərbaycanın  Şərqlə   Qərbi birləşdirən ərazidə yerləşməsi  təsir edib.
   Azərbaycan mədəniyyəti xalqımızın  tarixi qədər qədim və  zəngindir.Uzun və mürəkkəb inkişaf yolu keçmiş teatr, kino, musiqi və xalq sənətinin müxtəlif növlərinin tətbiqi Azərbaycan xakqının  yüksək mədəni irsə  malik olmasını sübut edir. Azərbaycan mədəniyyət  və  incəsənət xadimləri  milli mədəniyyətimizin dünyaya çatdırılması  istiqamətində  daim səylər  göstəriblər.
    Azərbaycan mədəniyətinin kökləri  qədim  zamanlara  gedib çıxır.Azərbaycan  muğamının YUNESKO  tərəfindən bəşəriyyətin mədəni irs siyahısına daxil edilməsi, görkəmli kino ustası, kinodramaturq və  kinorejissor R.İbrahimbəyovun  "Oskar" mükafatına layiq görülməsi və ümümiyyətlə, müxtəlif zamanlarda el sənətkarlarının düzəltdiyi  əl işlərinin və  toxuduğu  xalçaların dünyanın məşhur muzeylərində mühafizə olunması buna əyani sübutdur. Azərbaycan mədəniyyəti  dünyanı fəth edir. Bunun   başlıca səbəbi  ölkədə həyata keçirilən uğurlu mədəniyyət   siyasətidir. Qədim  və zəngin mədəniyyət  ölkəsi olan Azərbaycan öz mənəvi  dəyərlərini qoruyub   nəsillərdən nəsillərə  ötürmüşdür. Xalqımızın mənən zənginləşməsində, dünya xalqları arasında öz rolunu və mövqeyini qoruyub saxlamasında mədəniyyətimizin əvəzsiz rolu olmuşdur. Azərbaycan mədəniyyəti öz rəngarəngliyi ilə daima  hər bir xalqın dilində,  beynində olmuşdur. Məhz bu səbəbdəndir ki, ermənilərin tarixən Azərbaycana qarşı işğalçılıq və  təcavüz siyasəti  yalnız 10 minlərlə  insanımızın  qətli, itkin düşməsi, girov götürülməsi, əlil olması  ilə deyil, eyni  zamanda , ermənilərin mənəvi dəyərlərimizə qarşı vəhşilikləri   ilə səciyyələnir. Erməni  qəsbkarları  uzun müddət ərzində işğal  altında saxladıqları dağlıq Qarabağ və ətraf ərazilərimizdə mənəvi dəyərlərimizə də qarşı vəhşiliklər törətməkdə davam  ediblər. Ermənilər işğal  etdikləri  ərazilərdə mədəniyyət sahəsinə aid olan hər bir şeyi məhv etməkdən çəkinməyiblər. Bir çox məscidlərimiz anbar kimi istifadə  edilib, bir  sıra  məscidlərdə İslam  aləmində  haram sayılan donuz və digər  heyvanlar saxlanılıb. Bu tək  bir xalqa edilən hücum və qəsbkarlıq deyil, bir xalqın mədəniyyətinə,dəyərlərinə qarşı  törədilən iyrənc siyasət idi. Ermənistanın Azərbaycana qarşı törətdiyi  bu siyasət mədəni  soyqırım idi. Ancaq bu siyasət uzun illər davam  etdi və  fəsadsız ötüşmədi. Bu siyasət qarşısında bir çox dünya ölkələri susdu və göz yumdu. Heçbir beynəlxalq təşkilat Ermənistan qəsbkarlığını  qınamadı. Amma müstəqil və suveren dövlətimiz  Ali Baş  Komandan İlham Əliyevin  qətiyyəti sayəsində öz  bütövlüyünü bərqarar etdi. İşğal olunmuş torpaqlarımız geri qaytarıldı. Bu tək Qarabağımızın xilası deyil, bir mədəniyyət beşiyinin, bir mədəniyyət ocağının azad olunmasıdır. Artıq Qarabağımız azaddır. Bir  mədəniyyət beşiyinin incisi sayılan Şuşa artıq öz simasını bərpa edir. Şuşa mədəniyyət  paytaxtı elan olunur. "Əziz Şuşa,sən azadsan!". tarixi köklərə söykənən, bir mədəniyyət  incisi  olan Qarabağ artıq  azaddır. Azərbaycan mədəniyyəti tam və təkrarolunmazdır. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin bəyanatıdır.

Şirvan şəhər Mədəniyyət Mərkəzinin direktoru         N.Namini

Keçidlər