Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Vətən müharibəsinin qaziləri və ailələri ziyarət olunub

07 yanvar 2021 | 16:00

Şirvan Şəhər İcra Hakimiyyəti  torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında misilsiz şücaət göstərən şəhid ailələrini və qaziləri müntəzəm ziyarət edir, onların sosial problemləri və qayğıları ilə maraqlanır.
   Şirvan Şəhər İcra Hakimiyyətinin, Şirvan Bələdiyyəsinin, Şirvan şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin və Polis şöbəsinin əməkdaşlarından ibarət işçi qrupu bu gün Şirvan şəhərində yaşayan Vətən müharibəsi qazilərinin ailələrində olub, onların sosial problemləri ilə maraqlanıb, müraciətlərini yüksək diqqət və həssaslıqla araşdırıb, qaldırılan hər bir məsələnin həlli üçün zəruri tədbirlərin aidiyyəti qrumlar tərəfindən əlaqəli şəkildə həyata keçiriləcəyi nəzərlərinə çatdırıblar.
   Cənab Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun qazandığı Zəfər münasibəti ilə qazilərimizi  təbrik edən  işçi qrupunun nümayəndələri göstərdikləri şücaətə görə onlara minnətdarlıq ediblər. Dövlətimiz tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dəstəkdən danışıblar, bundan sonra da həmin ailələrin diqqət və qayğı ilə əhatə olunacağını vurğulayıblar.
   Səmimi keçən söhbət zamanı qazilər keçdikləri döyüş yolundan söz açıb, xatirələrini bölüşüblər. Görüşdə qeyd edilib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Bu döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut etdi. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsi daima yaddaşlarda qalacaq. Nümayəndələr yaralıların tamamilə sağalıb normal həyata dönməsini arzu edərək, onların sağalması üçün bütün səylərin göstəriləcəyini diqqətə çatdırıblar.
   Göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edən qazilər bundan sonra da torpaqlarımızın müdafiəsi naminə Ali Baş Komandanın ətrafında sıx birləşəcəklərini bildiriblər.

Keçidlər